Beyin buna görə yaşlanırmış - Alimlər ilk dəfə səbəbini tapdı
Alimlər beynin qocalma səbəbini tapıblar.
Milli.Az xəbər verir ki, beynəlxalq tədqiqatçılar müəyyən ediblər ki, yaş artdıqca beyin vacib zülalları düzgün istehsal edə bilmir.
Buna səbəb genlərin zədələnməsi yox, ribosomların, yəni zülal istehsal edən "fabriklərin" mRNT-ni zülala çevirmədə çətinlik çəkməsidir.
Eksperimentlər qısa ömrlü notobranxius balıqlarında aparılıb. Nəticələr göstərib ki, mRNT səviyyəsi dəyişmir, amma zülalın miqdarı azalır. Xüsusilə bəzi vacib zülallar tam istehsal olunmur. Bu isə düzgün qatlanmamış zülalların yığılmasına və iltihablara səbəb olur - Alzheimer və Parkinson xəstəliklərinə bənzər hallara gətirir.
Yaş artdıqca tam işləyən ribosomların sayı azalır, amma bəzi zülalların istehsalı əksinə yaxşılaşır. Bu göstərir ki, problem yalnız ribosom sayında deyil, onların işindədir.
Alimlər ümid edirlər ki, gələcəkdə ribosomların işini asanlaşdırmaq və zülal istehsalını bərpa etmək mümkün olacaq, bu da beyin qocalmasını ləngidə bilər.
İsmayıl
Milli.Az









Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Enerjini azaldan gündəlik səhvlər
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Zaur Kamalın səhhətində problem yarandı