Beyini və immuniteti bloklayan tərəvəzin dəhşətli fəsadı

Beyini və immuniteti bloklayan tərəvəzin dəhşətli fəsadıKartof "qulların qidası" olub, onu yeyən insan kütləşir - Beyini və immuniteti bloklayan tərəvəzin dəhşətli fəsadı
Nəyə görə, əvvəllər Avropa, Şərq ölkələri, eləcə də I Pyotra qədər nə kralın, nə çarın, nə şahın, nə də kəndlilərin süfrəsində kartof yox idi?
Kartof ucuz başa gələn yem əvəzi bitki idi, onu mayyalılar heyvanlara verirdi. Daha sonra ucuz və tutumlu olduğu üçün qullara yemək kimi verirdilər. Kartof yedikdən sonra insanın sanki beyni sönür, o, iradəsiz olur, düşünmə, qərar qəbul etmə proqramı sönür, ona nə əmr etsən ağır-ağır onu icra edir. Bu da quldarlara sərf edirdi.
XVIII əsrə qədər Azərbaycanda, Qafqaz, türklər də kartofun nə olduğunu bilmirdi. 
İlk dəfə rus torpaqlarına I Pyotr tərəfindən gətirilib, yetişdirilib  və ondan sonra bütün kəndliləri və Rusiya İmperiyasına daxil olan xalqlara məcburi torpaq sahələrinə katrof əkmək əmr olunur. O vaxtlara kimi rus və ukraynalılar turp, çuğundur daha çox əkirdi.
Milli.Az medicina.az-a istinadən bildirir ki, tibbi baxımdan məlumdur ki, kartof orqanizmə heç bir fayda və enerji vermir. Kartof nişastadır, o, su ilə təmasdan şişir, eləcə də mədə şirəsi ilə kütləsini artırıb tez toxluq effekti yaradır. Kartof immun sistemi blok edir, beynin funksiyalarını tormozlayır. 
Kartof orqanizmdə şirəli, yapışqan selik yaradır ki, 90% hallarda orqanizm özü bu seliyi çıxara bilmir. Ona görə, kartofun qalıq materialı orqanizmdə qalıb çürüntü verir, irin yaradır.  
Bütün Həzm orqanlarını, 12barmaq və nazik bağırsağı sanki kleyləyir. 
Kartof çox yedikdə, mineral və vitaminlərin, xüsusən yodun mənimsənilməsi dayanır. 
Yoğun bağırsaqda kartof suyunu itirərək, bağırsaq divarına yapışır, nəcis daşları yaradır, bağırsağı sanki yapışdırır. 
Diabetin səbəbkarı
Kartof ən yüksək qlikemik indeksə malikdir: 95. Bu indeks bal ilə şəkəri qarışdıranda əmələ gələn rəqəmdir. Ona görə kartof yeyən kimi qana çox miqdarda qlükoza sıçrayır, insan sanki razılıq, həzz hissi yaşayır, doyur, orqanizmdə piy toplanması başlayır.
Amma cəmi 1 saat yarımdan sonra insan yenidən daha kəskin acır. Ona görə bütün fast-foodlarda kartof fri təklif edilir. 
İşığa məruz qalanda kartofun özəyi yaşıllaşır, orda dünyanın ən güclü zəhərlərindən biri solanin yaranır. Bu maddə qanda eritrositləri dağıdır, mərkəzi sinir sistemini zədələyir. Solanin qıcolma, keyimə, susuzlaşma, titrəmə, sümük ağrısı verir. Kartof ən yüksək dərəcədə bişirilsə belə, solanin məhv olmur. 
Diabet xəstəliyinin tarixini başladıb.
Məhz kartofun gündəlik qidaya daxil olmasından sonra ömür boyu diabet nə olduğunu bilməyən xalqlar II tip diabetlə xəstələnir. Eləcə də keçmiş SSRİ-yə daxil respublikalarda 1955-ci ildən sonra diabet xəstəliyi 5 dəfə artıb. Bu isə I və II dünya müharibəsi illərində əhalinin daha çox kartofla qidalanması və aclıqdan xilas olması ilə əlaqədardır. 
Kartof çox yeyənlərdə:
Nişasta qlükozaya çevrilir, mədəaltı vəzi hiperfunksiya ilə çalışır, ölçüsü böyüyür. Yod çatışmadığından qalxanvari vəz böyüyür. 
Şəkər iri və kiçik qan damarlarını zədələyir, tutur, nişasta onların divarını daraldır, nəticədə infarkt və insult baş verir.
İndi çox insanlar kartofun zərərinə inanmaq istəmir, ondan asanlıqla əl çəkmək alınmır. Təəssüf ki, alimlər və tibb bu barədə susur. 
Çünki nəhəng tibb biznesi və farmakoloji imperiyaya elə kartof yeyib mədəaltı vəzisi, qalxanvari vəz, qaraciyəri sıradan çıxan, zob, diabet, xərçəng, ürək-qan damar xəstələri daha çox sərf edir. Milyonlarla xəstə milyonlarla dərman, müayinə, müalicə, milyardlarla vəsaitin insanların cibindən çəkilməsi deməkdir. 
Eləcə də indi fast-food, qarnir kimi kartofu əvəzləyəcək ikinci ucuz və asan qida yoxdur.  Əsas odur dadlıdır, insan yeyir, niyə də imtina etsin.
Psixologiya və insan şəxsiyyətini pozur
İndi zehni, bəsirəti açıq, iradəsi güclü, psixoloji durumu normal olan az adam taparsız. Uşaqlar 2 yaşından kartof püreləri ilə böyüyür. Analar üçün də əsas uşağın ac yox, tox olmasıdır.
Bir qab kartof yedikdən sonra özünüzü və uşaqlarınızı müşahidə edin: görün onlar necə əzgin, yorğun, ağır, baxışları boş, beyinləri küt olacaq. Kartof insanı zombi edir. Belə insanı idarə etmək, yönəltmək və qul kimi işlətmək daha asandır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1967   Tarix: 07 noyabr 2019
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

hamiləlik həkim məsləhəti gözəllik məhsulları merlin monro uşaqlar və tərbiyə efirde soyunan aparici autizm xesteliyi kosmetika xeyanet burclerin uygunlugu ariqlamaq rus dilin nece orenek veten