Beyni gücləndirən təbii qida - Açıqlama
Yaşıl çay beynin "təbii dopinqidir".
Milli.Az xəbər verir ki, bu sözləri dietoloq Nataliya Çayevskaya söyləyib. O bildirib ki, gündə 2-3 fincan təzə dəmlənmiş yaşıl çay beynin fəaliyyətinə müsbət təsir göstərir.
Mütəxəssis yaşıl çayı beynin təbii "dopinqi" adlandırıb. Onun sözlərinə görə, çayın tərkibindəki vitaminlər, minerallar, antioksidantlar və xüsusən də EGCG katexini beyin hüceyrələrini toksinlərdən təmizləməyə kömək edir.
Çayevskaya çayın hazırlanma qaydasına da diqqət çəkib: suyun temperaturu 70-80 dərəcə olmalı və içki 2-3 dəqiqə dəmlənməlidir. Həddindən artıq içildikdə isə, tərkibindəki kofein ürək döyüntüsünü sürətləndirə və yuxusuzluq yarada bilər.
Həkim əlavə edib ki, mədə-bağırsaq problemləri olan insanlar yaşıl çayı rasiona əlavə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər. Anemiyadan əziyyət çəkənlər isə yeməkdən dərhal sonra çay içməməli, ən azı bir saat gözləməlidirlər.
İsmayıl
Milli.Az









Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO