Beynin fəaliyyətini yaxşılaşdıran 3 FAKTOR

Beynin fəaliyyətini yaxşılaşdıran 3 FAKTORBeynin təbiətinə heyran olmaq üçün ümumiyyətlə neyrocərrah olmaq lazım deyil. Tanınmış neyrocərrah Rahul Candial iddia edir ki, beynin səmərəliliyini ən yüksək məhsuldarlığa qədər artırmaq çox səy tələb etmir.
Milli.Az xəbər verir ki, Candial beynin aktivliyini artıran 3 vacib amili açıqlayıb.
Silikon Vadisi maqnatlarından başlayaraq hakerlərə qədər bütün insanlar beyin səmərəliliyini artıracağını vəd edən idrak stimullaşdırıcı preparatlar istifadə edir. Məşhur neyrocərrah Candialı narahat edən budur ki, insanlar həbləri aktiv şəkildə istifadə etsə də, onların effektivliyinin bütün dəlilləri tamamilə cəfəngiyatdır. "Bu, beynin optimal məhsuldarlığına necə nail olmağa dair elmi cəhətdən əsaslandırılmış bir kitab yazmaq üçün mənə ilham verdi", - deyə neyrocərrah əlavə edib.
Rahul Candial "Neyrofitnes və ya məhsuldar həyat üçün beyin" kitabında beyni gücləndirməyin yollarından danışıb:
1. İki gün səhər yeməyindən imtina edin
İntervallı aclıq günləri bu gün dəbdədir, lakin orucun özü yeni deyil: bir çox dünya dinləri möminləri vaxtaşırı oruc tutmağa çağırır. Candial bunun birbaşa beyin funksiyası ilə əlaqəli olduğuna inanır. Son tədqiqatlar göstərir ki, intervallı aclıq zehni təmizləməyə və hissləri oyatmağa kömək edir, bununla da beynin fəaliyyəti yaxşılaşır.
Neyrocərrah həftədə iki dəfə oruc tutur. Alim deyir ki, 16 saatlıq oruc (yuxu vaxtı da daxil olmaqla) beyin inkişafının təbii amillərini artırır, bu da sinir bağlarının inkişafına kömək edir. Məhz neyronlar informasiyanın beynin müxtəlif sahələrinə və əsəb sisteminə ötürülməsinə icazə verir. Odur ki, neyronlarınız sağlamdırsa, tam gücü ilə işləyirsə, məlumatlar daha sürətli və dəqiq ötürüləcək, daha çox diqqət mərkəzində olacaqsınız. Eləcə də məlumatı daha asanlıqla mənimsəyə və yaddaşda saxlaya biləcəksiniz. Bu da idrak funksiyasının yaxşılaşmasına və məhsuldarlığına səbəb olur.
Con Hopkins tərəfindən aparılan araşdırmalar da göstərib ki, mütəmadi olaraq oruc tutmaq yaddaşı yaxşılaşdırmaqla yanaşı, Altsheymer və Parkinson kimi xəstəliklərin inkişafının qarşısını alır.
Candial iddia edir ki, səhər yeməyini ötürsəniz,16 saatlıq oruca olduqca asanlıqla tab gətirə bilərsiniz. Səhər yeməyi günün ən vacib yeməyi hesab olunsa da, neyrocərrah bu nəzəriyyənin hələ də elmi cəhətdən əsaslandırılmadığını iddia edir.
O, bazar ertəsi və cümə axşamı 16 saatlıq oruc tutur (əsas odur ki, bu günlər ard-arda olmasın), eyni zamanda səhər yeməyi və lançı ötürür, bütün lazımi kalorini nahar vaxtı qəbul edir.
Ancaq oruc tutmağa başlamazdan əvvəl neyrocərrah həkimlə məsləhətləşməyi tövsiyə edir. Belə ki, həkimlər yaşlılara, hamilə qadınlara və uşaqlara hər cür oruc tutmağa icazə vermir. Bundan əlavə, həddindən artıq davam edən orucun riskləri mövcuddur.
2. Dərin nəfəs alma
Stressli işə başlamazdan və ya çətin problemi həll etməzdən əvvəl zehni sakitləşdirmək üçün Candial 5 dəqiqə yavaş və dərindən nəfəs almağı məsləhət görür. Alim deyir ki, burnunuzdan yavaş-yavaş nəfəs ala biləcəyiniz bir yer tapın, sonra nəfəsinizi bir neçə saniyə saxlayın və astaca nəfəs almağa davam edin.
Gündə iki dəfə təkrarlanan bu cür meditativ nəfəs texnikası neyronları sakitləşdirməyə kömək edəcək ki, bu da daha sürətli və yaradıcı düşünməyə imkan verir. Bu cür nəfəs məşqlərindən sonra insan məhsuldarlığının zirvəsi baş verir.
Bundan əlavə, Candial deyir ki, beynin müxtəlif hissələri arasındakı sinir əlaqələrinin yaxşılaşdırılması qərar qəbul edilməsinə, impulsların idarə olunmasına və konsentrasiyasına birbaşa təsir göstərir.
3. Şaquli vəziyyət
Candial daha çox ayaqüstə qalmağa və gəzməyə çağırır: "Beyin bu vəziyyətdə bədən üçün hazırlanıb. Buna görə də bir insan gəzirsə, beyni özünü protein ilə təmin edir", - alim sözlərinə əlavə edir.
Ekspertin fikrincə beynimizin bu proteinə ehtiyacı var, çünki o demək olar ki, 90 milyard sinir hüceyrəsinin sağlamlığını qorumağa kömək edir və bu da öz aralarında elektrik siqnallarının daha yaxşı ötürülməsinə kömək edir, odur ki, beynin işini yaxşılaşdırır.
Alim deyir ki, şaquli duruş beyin üçün bir növ dərmandır, yalnız həb və pəhriz əlavələri almağa ehtiyac duymayın. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1216   Tarix: 27 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluğun əsl səbəbi bu imiş: Çoxlarının gözdən qaçırdığı DETAL

Müasir dövrün ən kəskin problemlərindən biri də yuxusuzluq, yəni elmi adı ilə desək, insomniadır. Həm daxili, həm də xarici faktorların təsiri nəticəsində bu problemin əsl səbəbini tapmaq bəzən xeyli çətinləşir. xəbər veri

.

Asqırmağı saxlamaq təhlükəlidir - Həkimdən xəbərdarlıq

Asqırmağı saxlamağa çalışmaq gözlənildiyindən daha ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, bu barədə uşaq anestezioloqu David Kallexo xəbərdarlıq edib. Ekspertin sözlərinə görə, asqırmaq orqanizmi

.

100 yaşlı Hollivud aktyoru uzunömürlülüyünün sirrini AÇIQLADI - FOTO

Dekabrda 100 yaşı tamam olan məşhur amerikalı aktyor və komik Dik Van Dayk uzunömürlülüyünün əsas sirrini açıqlayıb. . xəbər verir ki, o, həyata pozitiv baxmağın və heç vaxt kin saxlamamağın onu gümrah saxladığını bildirib

.

Yatmazdan əvvəl edilən bu vərdiş böyrəkləri sıradan çıxarır

Bəzi gündəlik vərdişlər, xüsusilə yatmazdan əvvəl edilənlər, uzun müddətdə böyrəklərin fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, zərərsiz görünən bəzi davranışlar böyrəklər

.

Çinlilər oyanandan sonra bunu edirlər

Çində geniş yayılmış sadə bir səhər vərdişi son vaxtlar digər ölkələrdə də maraq doğurur. xəbər verir ki, bir çox çinli günə çox sadə bir addımla başlayır. Oyandıqdan dərhal sonra bir stəkan ilıq su içir. Suyun temperatur

.

Bu içki kişiləri prostat xərçəngindən qoruyur

Gündə üç stəkan espresso qəhvəsi içmək prostat xərçəngi riskini 50% azaldır.  xəbər verir ki, bu, İtaliyadakı "İstituto Neurologico Mediterraneo Neuromed" tədqiqatçılarının gəldiyi nəticədir. İtalyan alimlərin

.

Kilosu 1 manata satılır, üzünə baxan yoxdur - Damarları açır, ürəyi gücləndirir

Bazarlarda çox vaxt yanından keçdiyimiz, kifayət qədər önəm vermədiyimiz qara kök əslində şəfa mənbəyidir. Tünd bənövşəyi rəngi ilə diqqət çəkən bu tərəvəz son zamanlar qidalanma ekspertlərinin ən çox tövsiyə etdiyi məhsulla

.

Saç tökülməsi nə zaman təhlükəli sayılır?

Saç tökülməsi qadın və kişi fərq etmədən bir çox insanın qarşılaşdığı geniş yayılmış problemdir. xəbər verir ki, bu hal çox vaxt mövsümi və bəzən daha ciddi problemlərin xəbərçisi ola bilər. Türkiyəli dermatoloq-həkim Hicra

.

Yuxudan oyanan kimi bunları edin

Mütəxəssislərin fikrincə, canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. xəbər verir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizin fəaliyyətin

turlar.az

maskalar toy makiyajlari gozel gorunmek şirniyyatlar xəstəliklər adların mənası veten haqda atalar sözləri kosmetika qu quşu məsəllər intim munasibetler gozde olar efsane