Ağciyər xərçənginin gizli əlaməti - Barmaq uclarına diqqət yetirin
Ağciyər xərçənginin erkən əlamətlərindən biri barmaq uclarında müşahidə edilə bilən dəyişiklikdir. Xüsusilə bu, dırnaqların və onların ətrafındakı dərinin vəziyyəti ilə bağlıdır. Əgər dırnaq lövhəsinin ətrafındakı dəri parıldamağa başlayıbsa, qızarıbsa, bu, narahatedici əlamət ola bilər. Bundan əlavə, bəzi hallarda xərçəng zamanı barmaq uclarındakı yumşaq toxumalar şişir və dırnaqların forması dəyişir.
Milli.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Belə bir vəziyyətlə qarşılaşan şotlandiyalı fitnes təlimatçısı Brayan Cemmell yaşadıqlarını bölüşüb.
Onun sözlərinə görə, bu problemi müşahidə etmək üçün baş və ya işarə barmaqlarının dırnaqlarını bir-birinə sıxıb, aralarında romb şəkilli boşluğun olub-olmadığını yoxlamaq lazımdır. Əgər belə boşluq yoxdursa, bu, ağciyər bölgəsində maye toplanmasının mümkün əlaməti ola bilər.
"Mənim vəziyyətimdə yeganə simptom barmaqların bir növ qalınlaşması idi. Onlar sanki bir az şişmişdi. Barmaqlarımı birləşdirəndə həmin rombşəkilli boşluq yox idi", - deyə Cemmell qeyd edib.
Həkimlərin qiymətləndirməsinə görə, bu cür dəyişikliklər ağciyər xərçəngi olan xəstələrin təqribən 10 faizində müşahidə olunur. Bildirilir ki, xərçəng zamanı barmaq uclarındakı dəyişikliklər adətən həm sol, həm də sağ əllərdə baş verir.
Həkimlər əlavə ediblər ki, ağciyər xərçənginin ən çox rast gəlinən simptomlarına aşağıdakılar daxildir:
- İki-üç həftə ərzində keçməyən uzunmüddətli öskürək (çox vaxt gecə və ya səhər yuxudan oyananda müşahidə olunur);
- Sinədə ağrı;
- Təngnəfəslik;
- Apatiya (ümumi ruh düşkünlüyü);
- Sürətli çəki itkisi./oxu.az
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Evdə stress yaradan 5 şey
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi