Bəzi ziyallıların da aşağı səviyyədə musiqi zövqü var
"Ucqar kənddə, dağın başında elə musiqi zövqü olan insan var ki... Heç bəlkə ömrüboyu Bakını görməyib. Amma muğamı, aşıq musiqisini, elə mahnıları zövqlə bilir ki... Dünyanın hər bir yerində belə insan var".
azxeber.com xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Qonaqcanlı" verilişində deyib. Müğənni "Bayağı mahnı ifa edənləri bazarda işləyənlər dinləyir, toya çağırır" sözlərinin tənqid olunmasından danışıb:
"Elə təhsilli, ziyalı dediyimiz insanlar var ki, aşağı səviyyədə musiqi zövqü var. Onların məclisində elə adamlar görürük ki, təəccüblənirik. Yəni bu adamlar belə müğənni çağırır? Fikirlərimi yanlış anlayıblar".
Qeyd edək ki, G.Əliyeva "Deyirlər ki, filankəs toylara gedir. Moskvada kimlər var? Bazarda çalışanlar, qara işlə məşğul olanlar. Orada çox az sayda ziyalı var. Bu gün orada çoxu bazarda işləynlərdir. Orada sevilən mahnılar da bizim avtobus dayanacağında səsləndirilənlərdir. Onların istəyi həmin müğənnilərdir" sözlərini deyib.
/Axşam.az









Hakışta
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək
Bu qidalar beyin damarlarına zərər verə bilər
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun