Bioloji müharibə olarsa, dünya liderləri harda gizlənə bilər? - Gizli bunker və dağlarda sığınacaqlar

Bioloji müharibə olarsa, dünya liderləri harda gizlənə bilər? - Gizli bunker və dağlarda sığınacaqlarDünya liderləri pandemiyadan maksimum qorunmaq üçün hazırda özünütəcrid şəraitində çalışır. Artıq Britaniyanın və Kanadanın baş nazirləri virusa yoluxub sağalıblar.
Hazırkı pandemiya qlobal dünya müharibəsi ilə eyniləşdirilir. Əgər gələcəkdə virus apokalipsisi baş verərsə və vəziyyət nəzarətdən çıxarsa, liderlər harda gizlənib qorunmağa ümid edir? Filmlərdə bəhs edilən gicli bunkerlər həqiqətən varmı?
Milli.Az medicina.az-a istinadən liderlərin fəlakətlərdən sığınacağı yerləri təqdim edir.
- Koreya liderinin bronoqatarı
Şimali Koreyanın lideri Kim Çenin şəxsi bronlaşmış qatarı var. Bu bir qatar deyil, təkərlər üzərində bir şəhərdir sanki. Onun öz elektrik stansiyası, ambarları, generatorları, iri mətbəxi, çoxlu kupeləri, zalı, iş otağı var.
Lazım gəlsə Kim Çen ailəsi, arvadları, qohumları, çoxsaylı mühafizəçiləri ilə bu qatarda günlərlə qala bilər. Bakterioloji və kimyəvi zəhərlənmə zamanı bu qatarın havası filtr olunur və tam təhlükəsizdir.
Bu qatarla Kim istədiyi yerə gedə və işləyə də bilər. Ölkə daxilində istədiyi təhlükəsiz yerə getmək üçün uyğundur.
- Çin liderinin yeraltı səltənəti
Nəhəng Çin imperiyasının Çin səddi hər kəsə tanışdır. Amma yeraltı divar barədə çox az adam bilir. Bu gizli obyekt barədə az çox informasiya sızıb. Pekin şəhəri altında soyuq müharibə dövründə Çin öz liderləri üçün tunel və sığınacaqlardan ibarət nəhəng sistem qurub. Ölkə rəhbərliyi üçün əsas bunker Milli Parkın altında, Pekinin şimalında olan dağlarda yerləşir.
Obyektin dizaynı retro stildə və saray üslubundadır.
- Ağ evin "situasiyalar otağı"
Bu komandaverici otaq hər hansı müharibə vəziyyətində ölkə rəhbərliyinin istifadəsi üçün 1960-cı illərdə yaradılıb. Otağın kod adı Kennedidir. Bu qorunma obyekti üzərində Barak Obama dəyişiklik edərək, müasir və böyük bunker tikintisinə başlamışdı. Ora Ağ evin bütün aparat heyəti yerləşə bilərdi. O, AĞ evin sol hissəsində 5 mərtəbə yerin dərinliyindədir. 376 milyona başa gələn bu obyekt Trampın diqqətini çəkmədi və ora vəsait ayırmadı. Ona görə indi ora kif və toz basmış haldadır.
Bu tikilidə kif və göbələyin əmələ gəlməsi o deməkdir ki, hava təhlükəsizliyi yaxşı düşünülməyib və ora istənilən mikrob, virus keçə bilər.
Bioloji apokalipsis və müharibə olarsa Tramp hara gedə bilər? ABŞ ərazisinə daxil olan, Sakit Okeanda yerləşən Samoada adasında hazırda heç bir yoluxma yoxdur. Bu ərazidə cəmi 50.000 sakin yaşayır. Əgər bir şey baş verərsə, Tramp ətrafı ilə amerika dəniz flotunun nəzarəti ilə bu adaya keçəcək.
- Almaniya kansleri Alp dağlarına çəkilir
Almaniyanın kansleri virus müharibəsi olarsa, ölkənin cənubunda Alp dağlarında Qarmiş - Partenkirxen kurortunda xüsusi otellərə çəkiləcək. Burda otellər PBO mobil sistemləri ilə təchiz olunub. Aşağı təzyiq və soyuq hava rejimi bakteriya və virusların aktivliyini azaldır.
- Fransa prezidenti arxipelaqa gedəcək
Emmanuel Makron Hind okeanında Fransaya məxsus Kerqelen arxipelaqındakı departamentə sığına bilər. Bu arxipelağın cəmi 70 sakini var, quru ilə məsafəsi 2 min kilometrdir. Virus çətin ki, ora düşə.
- Britaniya kral ailəsi və baş nazir məxfi bazalara gedəcək
Britaniya rəsmiləri Britaniya üçün ən təhlükəli dönəmlərdə tarix boyu Kanadaya evakuasiya planını seçiblər. Burda meşə massivlərində onların məxfi bazası var. 1940-cı ildə faşistlər tərəfindən Britaniyanın işğalı təhlükəsi olanda, belə bir plan işə yaramışdı və sınanmışdı.
-Rusiyanın planı sirdir
Rusiyanın birinci rəhbərinin bioloji təhlükə zamanı hara gedəcəyi ciddi dövlət sirridir. Amma prezident limuzininin nəinki güllə, həmçinin virus keçirməz olması barədə fikirlər var. Prezident elə bir əleyhqazla təmin olunacaq ki, hermetiklik pozulmadan bu əleyhqazdan maye qidanı qəbul etmək mümkündür. Eləcə də prezidenti 2 sutka qoruyacaq kimyəvi qoruyucu kostyum var. Bu müddətdə təhlükəli ərazini tərk etmək üçün kifayətdir.
Ən yaxın təhlükəsiz baza isə Pleseçk kosmodromundadır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1689   Tarix: 23 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

geyim dəbləri donlar 2026 gozel gorunmek cinsi mövzular hər gün bal ziyafət geyimləri 2026 toy gecəsi kosmetika bürcler penis vətən ariqlamaq meseller