Bipolyar affektiv pozuntunun yaranmasında irsi amilin böyük rolu var

Bipolyar affektiv pozuntunun yaranmasında irsi amilin böyük rolu varBipolyar affektiv pozuntu depressiya kimi affektiv pozuntulara aiddir. Affekt emosiya deməkdir. Bipolyar affektiv pozuntu maniakal və depressiv halların bir-birini əvəzləməsi ilə xarakterizə olunur. Xəstəliyin maniakal halı manyak olmaq demək deyil. Maniakal hal üç əsas əlamət ilə - yüksək əhval-ruhiyyə, yüksək aktivlik və təfəkkürün, başqa sözlə, nitqin sürətlənməsi ilə özünü büruzə verir. Bipolyar affektiv pozuntunun yaranma səbəbləri və mexanizmi hələ tam məlum deyil. Lakin xəstəliyin əmələ gəlməsində irsi amilin böyük rolu var.
Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının professoru, tibb elmlər doktoru Zəfər Əliyev məlumat verib.
Z.Əliyev bildirib ki, xəstəliyin hansı yaş aralıqlarında daha çox müşahidə olunduğunu demək çətindir. Çünki bu, müxtəlif amillərdən asılıdır. Elementar olaraq həmin pozuntunu vaxtında aşkar etmək də problemdir. Lakin bipolyar affektiv pozuntu uşaq yaşlarından da başlaya bilər. Müxtəlif mənbələrə görə, dünyada bipolyar affektiv pozuntunun yayılması tezliyi 0,5-7 faiz arasında dəyişir.
Xəstəliyin əsas müalicə prinsipi əhval ruhiyyəni stabilləşdirmək və həmin vəziyyətdə saxlamaqdır. Yəni, maniakal halda əhval-ruhiyyəni normaya endirmək, depressiv halda isə yüksəltməkdir.
Bipolyar affektiv pozuntu hazırda tam müalicə olunmayan xroniki bir xəstəlikdir. Bu xəstəliyi nəzarətdə saxlamağın yeganə yolu pasiyentin özünü yaxşı hiss etdiyi dövrlərdə də dərman qəbul etməsidir. Yalnız bu vəziyyətdə kəskinləşmə və pisləşmə ehtimalını azaltmaq mümkündür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1935   Tarix: 28 yanvar 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

geymler 2026 toy makiyaji sekilleri geyim dəbləri ilk tibbi yardim gil maskalari uşaq yeməkləri hamilelikde axinti kosmetika sanamalar qaynana hakista xeyanet qiz burcu vətən haqqında atalar sözləri