Bir nəslin çırağını söndürən qəza: "Ölümündən əvvəl deyib ki, məni tabuta qoyacaqlar" - FOTOLAR

Dünən faciəvi şəkildə avtomobil qəzasına düşüb, həyatlarını itirən 3 gəncin yas mərasimində ananın ağısı ürəkləri dağladı. Allah heç bir anaya bala dağı göstərməsin. Bir ailədə 3 ölü… Üçü də gənc, hələ həyatın dadını çıxartmamış, əcəl kəməndinə tuş gəldilər…

Yenicag.az-ın əməkdaşları da yas mərasimində olub. Qohumlarının dediyinə görə, iki qardaş xalası oğlunu əsgəri xidmətdən gətirmək üçün gediblər, amma üçünün də cənazəsi qayıdıb:
"Rövşən xalası oğlu Həsəni hərbi hissədən götürüb evlərinə gətirirmiş. Yolda xalası Nanəyə zəng edib ki, xala, yaxşı bir süfrə aç, ən dadlı yeməkləri bişir, məni gözlə, sənə sürpriz edəcəm. Nanə də tez əl-ayağa düşüb, süfrə düzəldib. Amma gözləyib görüb, Rövşəndən xəbər çıxmayıb. Rövşən xalası ilə telefonda danışıb qurtarandan sonra qəzaya uğrayıb. Deyilənə görə yuxulayıbmış, ona görə də qarşıdakı "Shacman"ın altına giriblər. Ana yazığa xəbər veriblər ki, bəs oğlanların qəzada öldü ".

Nanə ananın fəryadı ürək parçalayır:

"Balamın arzuları yarımçıq qaldı. Deyirdi, ana, evimizə qayıdım, sənə gəlin gətirəcəm".

İki oğlunu itirən Nərgiz ananı isə heç cür sakitləşdirə bilmirdilər:

"İki balam çırağımı söndürdü, daha mən niyə yaşayıram? Rövşən, məni ölüncə yandıracaqsan. Ürəyinə dammışdı bu dünyadan tez köçəcəyi. Yoldaşına mesaj yazıbmış ki, məni tabuta qoyacaqlar, yarımdan ayrı düşəcəm. Balam məni tək qoyub getdi. Rövşənimin 20 günlük körpəsi qaldı. İndi mən ona necə cavab verim? Necə deyim ki, atan əminlə birgə məni yalnız qoyub getdi?"

Qonşuların dediyinə görə, dünən cənazələr həyətə gətiriləndə hər iki ana şok keçirib:

"Yazıqlar özlərini öldürürdülər. Üç cənazəni yanbayan qoydular. Bilinmirdi hansı hansıdır. Analar meyitlərin üstündə saçlarını yolub-tökdülər. Balalarının sonuncu dəfə üzlərini görə bilmədilər. Qohum-əqrəba qoymadı. O maşının içindən çıxan meyit necə olacaqdı? Maşının orta dəmirləri qalmışdı. İçindən çıxara bilməyiblər, maşının doğrayıb, cəsədləri içindən güclə çıxarıblarmış."

Onu da öyrəndik ki, Rövşən taksi sürücüsü kimi çalışırmış. O, qəzada ölən xalası oğlu Həsənin bacısı ilə ailə qurmuşdu.

Yas mərasimindən uzaqlaşırıq, amma Nərgiz və Nanə ananın ərşi titrədən naləsini eşitməmək üçün qulaqlarımızı tutmaq belə kara gəlmir.

Qeyd edək ki, hadisə Beyləqandan qayıdan "Daewoo" markalı maşının Ələtdə yük maşınına çırpılması nəticəsində olub. Qaradağ rayonunda baş verən qəza zamanı sürücü, 1991-ci il təvəllüdlü Hacızadə Rövşən Behbud oğlu və 1993-cü il təvəllüdlü qardaşı Hacızadə Üzeyir Beyləqanda hərbi xidməti başa vuran xalası oğlanları Həsənov Həsən Bayram oğlu həlak olublar. Xəstəxanaya yerləşdirilən Nicat adlı digər bir şəxsin vəziyyəti ağırdır. Onu da xatırladaq ki, qəzada ölən iki qardaş deputat Şəmsəddin Hacıyevin qardaşı nəvələridir.
Bir nəslin çırağını söndürən qəza: "Ölümündən əvvəl deyib ki, məni tabuta qoyacaqlar" - FOTOLARBir nəslin çırağını söndürən qəza: "Ölümündən əvvəl deyib ki, məni tabuta qoyacaqlar" - FOTOLARBir nəslin çırağını söndürən qəza: "Ölümündən əvvəl deyib ki, məni tabuta qoyacaqlar" - FOTOLARBir nəslin çırağını söndürən qəza: "Ölümündən əvvəl deyib ki, məni tabuta qoyacaqlar" - FOTOLAR

Xəbərlər     Baxılıb: 4003   Tarix: 07 iyul 2017
f Paylaş

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

turlar.az

geyim seçimi toy makiyajlari qaşların formalari qadın geyim və aksessuar bulkalar ayaq sismesi salatlar və qəlyanaltılar kosmetika vətənə aid bayatılar sperma seksual bürcler novruz bayramina aid hakisdalar