"Bir uşaqdır da ölüb, az qala Tramp da bu hadisədən danışır" - 5yaşlı Kənanı sünnət zamanı öldürən həkim

Masallı rayonunda sünnət zamanı 5 yaşlı uşağın ölümü ilə bağlı cinayət işi başlanıb.

Xanim.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsindən Report-a verilən məlumata görə, Kənan Hüseynovun ölümünə səbəb uşağın orqanizminin ağrıkəsici kimi istifadə olunan "novokain"ə əks reaksiya verməsi olub.

Ailənin yeganə övladının Ramiz Sadıqovun səhlənkarlığı üzündən dünyasını dəyişdiyini iddia edən uşağın babası Qardaş Hüseynov həkimin uşaqla sərt davrandığını, uşağın ağlamasına əhəmiyyət verməyərək onları otaqdan çıxardığını bildirib: "Həkim yerli klinikaların birində çalışır. Mən onunla danışanda bildirdi ki, uşağı evdə sünnət edəcək. Biz də hazırlıq gördük. Uşaq dinc qalmırdı, qışqırıb ağlayırdı. Həkim də ona qorxu gəldi və iki iynə vurdu. Sonra bizi otaqdan çıxartdı. Bir qədər sonra uşaq qucağında heç bir söz demədən tələsərək narahat halda evdən çıxdı və maşına minib uzaqlaşdı. Bizi gözləmədən uşağı harasa apardı. Mən ona zəng vuranda dedi klinikaya aparıram. Biz ora gedəndə dedilər uşaq təcili yardımdadır. Təcili Yardım Stansiyasına gələndə isə uşağın öldüyünü bildik".

Həkim Ramiz Sadıqov baş verən hadisə ilə bağlı danışmaq istəmədiyini bildirib. O, mətbuatın uşağın ölüm xəbərini "çox böyütdüyünü" də iddia edib: "Nə olub? Bir uşaq ölüb, az qala Tramp da bu hadisədən danışır".

Masallı Rayon Prokurorluğundan bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 124-cü (Ehtiyyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işinin başlanılıb: "Baş verən hadisə ilə bağlı araşdırma aparılır, ekspertizanın rəyindən asılı olaraq qərar veriləcək".

Qeyd edək ki, üç gün sonra H.Hüseynovun 5 yaşı tamam olacaqdı.

mənbə: oxu.az
"Bir uşaqdır da ölüb, az qala Tramp da bu hadisədən danışır" - 5yaşlı Kənanı sünnət zamanı öldürən həkim"Bir uşaqdır da ölüb, az qala Tramp da bu hadisədən danışır" - 5yaşlı Kənanı sünnət zamanı öldürən həkim"Bir uşaqdır da ölüb, az qala Tramp da bu hadisədən danışır" - 5yaşlı Kənanı sünnət zamanı öldürən həkim

Xəbərlər     Baxılıb: 4770   Tarix: 04 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

toy makiyaji sekilleri aksessuarlar gelinlikler yaz geyimleri qadinlar haqqinda maraqli melumatlar süni qidalar adət ənənələr kosmetika qu quşu toy gecesi əfsanələr novruza aid hakisda seksual