Biznesmenin oğlunun "Porsche" ilə 24 yaşlı iki yaşlı uşaq anasının bu gün ad günü imiş - ÜRƏKDAĞLAYAN FAKTLAR

Biznesmenin oğlunun "Porsche" ilə 24 yaşlı iki yaşlı uşaq anasının bu gün ad günü imiş - ÜRƏKDAĞLAYAN FAKTLAR2 gün əvvəl Bakının Sabunçu rayonu ərazisində yetkinlik yaşına çatmamış Ağəli Fərəclinin idarə etdiyi "Porsche Cayenne Magnum" markalı, 99 BS 999 dövlət qeydiyyat nişanlı avtomobillə vurub öldürdüyü qadının meyiti ailəsinə verilib.

Xanim.az lent.az-a istinadən bildirir ki, Gürcüstan vətəndaşı, 1992-ci il təvəllüdlü Məmmədova Xəyalə Ənvər qızının nəşi bu gün günorta saatlarında ailəsinə verilib.

X.Məmmədovanın ailəsindən bildirilib ki, hadisəni törətmiş yeniyetmənin biznesmen atası Füzuli Fərəcov onlara xeyli köməklik edib və meyitin götürülüb yola salınması ilə bağlı bütün xərcləri, eləcə də dəfn mərasimi ilə bağlı müəyyən məsələlərin həllini üzərinə götürüb.

O da məlum olub ki, X.Məmmədova iki körpə qızı ilə Bakının müxtəlif yerlərində kirayə yaşayıb. Təxminən 6 ay əvvəl isə o, uşaqları ilə birgə Zığda kirayə ev tutaraq ora köçüb. Mayın 6-da X.Məmmədovanın 25 yaşı tamam olacaqmış.

------------

14:56

"Xəyalənin meyiti hələ də dəfn olunmayıb. Ailənin imkanı yoxdur ölüsünü götürməyə. Anası da özünü öldürür ki, balasını öldürənlər onun meyitini yerdə qoymasınlar".

Milli.Az xəbər verir ki, bu sözləri criminal.az saytına açıqlamasında iki gün əvvəl Bakıda biznesmen oğlunun ''Porcshe'' markalı avtomobillə vurub öldürdüyü Xəyalə Məmmədovanın xalası Yeganə xanım deyib.

Xalanın sözlərinə görə, Xəyalə Gürcüstanda yaşayırdı, Bakıya uşaqlarını görməyə gəlibmiş: ''Uşaqları balacadır, bağça yaşlarında olan iki qızı var. Ərindən boşanmasa da, ayrı yaşayırdılar. Uşaqlar isə ataları ilə qalırdı. Özü isə gözəllik salonunda süpürgəçi işləyirdi. Hadisə baş verən gün "Razin"də gözəllik salonundan çıxan zaman maşın vurub. Maşın elə sürətlə hərəkətdə olarkən vurub ki, zərbənin təsirindən Xəyaləni yoldan kənara atıb. Başından aldığı zərbədən yerindəcə keçinib''.

Yeganə xanım hadisə ilə bağlı sürücüdən şikayətçi olmadıqlarını bildirdi: ''Sürücünü polis saxlayıb, amma bizə deyiblər yaşı azdır. Xəyalənin ailəsi şikayətçi olmayıb. Deyirlər ki, ölümüzü götürsünlər, yerdə qalıb. İmkanımız yoxdu dəfn etməyə. Bu gün aparacağıq Gürcüstana. Sərhəd keçməliyik''.

Qeyd edək ki, X.Məmmədovanı Bakının Sabunçu rayonu ərazisində Bakıxanov qəsəbəsindən metronun "Neftçilər" stansiyası istiqamətinə gələn yolda tanınmış iş adamı Füzuli Fərəcovun oğlu Ağaəli Fərəcovun idarə etdiyi "Porsche" markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobil vuraraq öldürüb.

Xəbərlər     Baxılıb: 2803   Tarix: 06 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Şokoladın gizli təhlükələri ortaya çıxdı

Son illərdə şokolad istehlakının artması mütəxəssisləri narahat edir. Qida üzrə ekspertlər bildirirlər ki, həddindən artıq şokolad yemək sağlamlıq üçün bir sıra mənfi nəticələrə səbəb ola bilər. xəbər verir ki, şokoladı

.

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Yaz yorğunluğu orqanizmin dəyişən hava şəraitinə uyğunlaşması nəticəsində ortaya çıxır. xəbər verir ki, temperatur, rütubət və gün işığı müddətindəki dəyişikliklər bədənin bioloji ritminə təsir edərək bəzi insanlarda enerj

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bazarda 2 manata satılan bu möcüzə qaraciyəri yeniləyir

Torpağın altında gizlənən bu bənövşəyi möcüzə təkcə rəngi ilə deyil, elmi araşdırmalarla sübut olunmuş faydaları ilə sağlamlıq reseptlərinin əvəzolunmazına çevrilib.  xəbər verir ki, qidalanma mütəxəssisləri vurğulayırla

.

Ağcaqanadlar ən çox onları SANCIR

Yay aylarının ən narahatedici problemlərindən biri olan ağcaqanad sancmaları ilə bağlı maraqlı faktlar açıqlanıb.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar hər kəsi eyni dərəcədə sancmır. Onlar bəzi insanlar

.

Kabakın az bilinən möcüzəvi faydası: Bədəndəki ödəmin bir nömrəli düşməni imiş

Müasir dövrün ən böyük problemlərindən olan hərəkətsiz həyat tərzi, balanssız qidalanma və yetərsiz su qəbulu bədəndə ödəm və şişkinliyin yaranmasına səbəb olur. Bir çox insan bu problemi həll etmək üçün süni preparatlar

.

İlan sancmasında ilk yardım sandığınız şey əslində ən böyük səhv imiş

İlan sancması zamanı illərdir filmlərdən və dildən-dilə gələn məlumatların bir çoxu, əslində zərərçəkənin həyatını daha böyük təhlükəyə atan səhvlər imiş. .  xəbər verir ki, ən böyük yanlış yaranı sovurmaq (əmərək zəhər

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Aşkarlanması illər çəkir: "Kuşinq sindromu" nədir? – Gizli təhlükənin simptomları

Tibbi statistikaya görə, diaqnozunun qoyulması bəzən 3 ildən çox vaxt tələb edən və bir çox fərqli xəstəliklərlə səhv salınan "Kuşinq sindromu" müasir dövrün ən təhlükəli daxili xəstəliklərindən biri hesab olunur

turlar.az

gözəllik məhsulları aksessuarlar geyim dəbləri yemək 2026 donlari gavalinin faydasi mətbəx qaydaları kosmetika terezi sekis qiz evi ucun burclerin uyumu kley lekesi