Boğaz ağrısından qurtulmaq üçün 8 təbii üsul

Boğaz ağrısından qurtulmaq üçün 8 təbii üsulHavalar bir azca soyuyan kimi çoxumuz boğaz ağrısından şikayətlənirik. Əksəriyyətimiz də dərmandan istifadə etmədən bu problemdən qurtulmaq istəyirik. Əlbəttə ki, antibiotik istifadə olunmadığı müddətdə bitki mənşəli müalicələrdən yararlanmaq lazımdır. Evdə təbii üsullardan faydalanaraq boğaz ağrısının yaratdığı narahatlığı aradan qaldırmaq olar. Qadınsaytı.az lent.az-a istinadən ev şəraitində istifadə edə biləcəyiniz təbii müalicə üsullarından bir neçəsi ilə sizi tanış edir.

– Sarımsaq bu müddətdə köməyə çatan ən faydalı tərəvəzdir.

– Boğaz ağrısı ilə mübarizədə gündəlik qidalanmada yer tutan meyvə suları da daxil olmaqla, şəkəri və süd məhsullarını menyudan çıxarın.

– Boğazdakı şişi və narahatlığı azaltmaq üçün saatda bir və ya daha tez-tez duzlu ilıq suyla qarqara edin. 1 stəkan ilıq suya yarım qaşıq duz əlavə edin. Duzlu su qarqarası balaca uşaq üçün də çox faydalıdır, hətta udsalar belə.

– Suyu əskik etməyin. Çay və ya şorba kimi ilıq içkilər boğazdakı narahatlığı azaltmağa köməkçi olur. Əgər uşaq boğaz ağrısı səbəbindən içməkdə çətinlik çəkərsə, şpritsdən istifadə edə bilərsiniz.

– Limon suyu da müalicəedici xüsusiyyətə malikdir, unutmayın.

– Ən klassik və etibarlı müalicə üsullarından biri olan sarımsaq limonadı xilaskarınız olacaq. Bunun üçün nazik doğranmış 2 diş sarımsağı bir qaba qoyun. Üzərinə 250 ml qaynar su əlavə edin və qapağını bağlayıb 30 dəqiqə saxlayın. Sarımsağı süzərək ayırın. İçinə bütöv bir limonu sıxıb suyunu əlavə edin, balla dadlandırın. İsti və ya ilıq halda içə bilərsiniz.

– Ekinezya və propolis tərkibli spreylər boğaz ağrıları, streptokok və virusa bağlı infeksiyalarda olduqca təsirlidir.

– Biyan kökü boğaz ağrılarına qarşı faydalıdır. Çaya qataraq için. Bu da klassik bir müalicə üsuludur.

Qeyd: ekinezya kökü, propolis, adaçayı yarpağı kimi bitki mənşəli boğaz spreyi vasitələrini hamiləlikdə istifadə etməyin.

Xəbərlər     Baxılıb: 2060   Tarix: 09 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Sadəcə göyərti deyib keçməyin: İçində balıqdan çox omeqa var

Aşağı kalorili olmasına baxmayaraq, yüksək qida dəyəri ilə ön plana çıxan bir tərəvəz son dövrlərdə mütəxəssislər tərəfindən ən çox tövsiyə edilən qidalar arasında yer alır. Tərkibindəki faydalı komponentlərlə yanaşı, sağla

.

Pomidor yeyərkən iki dəfə düşünün

Mütəxəssislər xəbərdarlıq edirlər ki, zəngin qida dəyərinə malik olan pomidor tərkibindəki yüksək turşuluq və histamin səbəbindən bəzi xroniki xəstəlikləri olan şəxslərdə ciddi sağlamlıq problemləri yarada bilər. xəbər veri

.

Allergiya yaradan mövsüm meyvələri açıqlandı

Yaz və yay aylarında bəzi mövsümi meyvələr bəzi insanlarda allergik reaksiyalara səbəb ola bilər. Bu reaksiyalar bəzən qida zəhərlənməsi ilə qarışdırılır. Bəs meyvə allergiyasının əsas səbəbi nədir, hansı əlamətlərlə özün

.

Eşşək dişləməsi insan ölümünə səbəb ola bilərmi? - ARAŞDIRMA

Xəbər verdiyimiz kimi,Xaçmaz rayonunda 70 yaşlı kişi ölüb. Kənd sakininin ölümü eşşək dişləməsi ilə əlaqələndirilir. Məlumata görə,o, bir müddət ev şəraitində müalicə alıbmış. Bəs uzunqulaq dişləməsi nəticəsində insan ölüm

.

Mətbəximizdəki bəzi qida əlavələri ürək xəstəliklərinə səbəb olur

Fransada aparılan və "European Heart Journal"da dərc olunan genişmiqyaslı araşdırma gündəlik istehlak etdiyimiz paketli qidalarda olan bəzi qoruyucu maddələrin ürək və damar sağlamlığı üçün ciddi risk yaratdığın

.

Ev heyvanı saxlamaq stressi artıra bilər - Araşdırma

Ev heyvanlarının insan psixologiyasına müsbət təsirləri uzun illərdir elmi araşdırmalarla sübut edilsə də, mütəxəssislər bu münasibətin yaratdığı psixoloji yükə də diqqət çəkirlər. xarici mətbuata istinadla xəbər verir ki

.

Bunları edin, gün boyu enerjili QALIN

Yaz ayları bədənin mövsüm dəyişikliyinə uyğunlaşmağa çalışdığı və bu səbəbdən daha həssas olduğu dövr kimi xarakterizə olunur. Mütəxəssislər düzgün qidalanma ilə bu dövrün daha enerjili və sağlam keçməsinin mümkün olduğun

.

Dərin və sağlam yuxu üçün təbii həll: Aşvaqanda

Modern həyatın sürətli tempi bir çox insanın keyfiyyətli yuxu almasına mane olur. Bir çox insan bu problemin həllini yan təsirləri ola bilən sintetik yuxu dərmanlarında axtarır. Son illərdə isə sağlamlıq dünyası bu problemi

.

Nevroloq: Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur

Kofein bəzi hallarda miqren ağrılarını yüngülləşdirə bilər. Mütəxəssislərin fikrincə, qəhvə və bəzi qazlı içkilərin tərkibində olan kofein müəyyən hallarda miqren tutmalarının şiddətinin azalmasına kömək edir. Nevroloq Kseniy

turlar.az

hamiləlik qadin dunyasi makiyaj etmek qaydalari kələm salatı dogusun baslanmasi ayaq dirnaqlara qulluq ailə psixoloqiyası kosmetika veten haqqinda atalar sozu kəlamlar atalar sözləri damla itburnu