Boğazım qaşınır! Faringit və onun müalicəsi

Boğazım qaşınır! Faringit və onun müalicəsiAğız boşluğu və qida borusu arasında olan mədə-bağırsaq sisteminin yuxarı hissəsi udlaq (lat. pharynx) adlanır.
Faringit udlağın iltihabıdır. Faritgit zamanı udlağın selikli qişası və limfa toxuması iltihablaşır.
Əksər hallarda faringitin səbəbi müxtəlif viruslar olur (adenovirus, rinovirus, paraqripp virusu və s.). Kəskin faringit adətən istənilən respirator infeksiya fonunda inkişaf edir. Nadir hallarda faringitin səbəbi bakteriya və göbələk olur.
Faringitin simptomları arasında:
- boğaz ağrısı
- boğazda qaşınma, göynəmə hissi
- boğazda quruluq
- hərarətin artması
- boğazda limfatik düyünlərinin böyüməsi.
Faringitin simptomları angina və laringitin (qırtlağın iltihabı) simptomlarına bənzəyir. Bu xəstəliklərin müalicəsi müxtəlifdir. Belə ki, angina zamanı adətən antibiotiklərdən istifadə olunur, faringit və laringit zamanı isə əksinə adətən antibiotiklərdən istifadə olunmur. Bu səbəbdən dəqiq diaqnoz qoymaq üçün mütləq LOR-Həkiminə müraciət etmək lazımdır. Həkim xəstəni müayinə edəcək və lazım olduqda boğazdan yaxma götürəcək.
Kəskin faringit mütləq müalicə olunmalıdır. Müalicə olunmadıqda faringit xroniki formaya keçə bilər. Xroniki faringitin digər səbəbləri arasında: yuxarı tənəffüs orqanlarının xroniki infeksiyaları və udlağın selikli qişasının xroniki qıcıqlanması. Bu qıcıqlanmanın səbəbi spirtli içkilərin qəbulu, toz, müxtəlif kimyəvi maddələr (boya və s.) ola bilər. Xroniki faringit zamanı simptomlar daha az ifadə olunur - xəstə boğazda quruluq və qaşınma hiss edir, xəstədə quru üzücü öskürək olur.
Faringitin müalicəsi onun səbəbindən asılıdır. Səbəbi isə yalnız həkim təyin edə bilər. Əksər hallarda faringitin səbəbi viruslar olur. Viruslu faringitin müalicəsində antibiotiklər istifadə olunmur. Antibiotiklər viruslara təsir etmir. Xəstəyə qarqara, inhalyasiyalar, sprey şəklində dərmanlar, xüsusi müalicəvi sorma həbləri təyin olunur.
Faringit zamanı çoxlu maye qəbul etmək lazımdır. Həkimlər ilıq süd, çay moruq mürəbbəsi ilə, çobanyastığı və adaçayı dəmləmələri tövsiyə edir. Faringit zamanı çox isti, soyuq, quzlu, turş, ədviyyatlı qidaları qəbul etmək, isti və suyuq içkiləri, spirtli içkiləri içmək olmaz. Siqaret çəkməkdən də imtina etmək lazımdır. Bütün bunlar udlağı qıcıqlandırır ki, xəstə daha gec sağalır.
Faringitin səbəbi hər hansı bakteriya olarsa, bu halda antibiotiklər təyin olunur. Bəzən faringitin səbəbi göbələk olur. Bu halda göbələkəleyhinə vasitələrdən istifadə olunur.
Milli.Az

Xəbərlər     Baxılıb: 1513   Tarix: 26 avqust 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

hamilelikde qidalanma geyim necə seçməli yay kolleksiyasi piodermiya nedir cinsi əlaqə müalicəvi bitkilər sinir sistemi kosmetika vetene aid bayatilar intim toyuq salati sperma baldiz