Botoks etdirənlərə QADAĞA qoyuldu: Bu məkanlara daxil ola bilməyəcəklər
İngiltərənin məşhur "Top Secret Comedy Club" komediya klubu, botoks etdirən qonaqlara qapılarını bağlamağa qərar verib. Bu qərar, komediyaçılardan gələn şikayətlərdən sonra qəbul edilib. Səhnəyə çıxan sənətçilər, reaksiyasız üz ifadələri olan izləyicilərlə əlaqə qurmaqda çətinlik çəkdiklərini bildiriblər. Buna görə də, klub "ifadə testli" giriş tətbiqinə başlayacaq.
Milli.Az e-saglam.az-a istinadən xəbər verir ki, "Top Secret Comedy Club" artıq 5 martdan etibarən, klubun qonaqları üçün "ifadə testi" tətbiq etməyə başlayacaq.
Bu test, xüsusi təlim keçmiş qapı işçiləri tərəfindən botoks istifadəsini müəyyən etmək məqsədilə həyata keçiriləcək. Məkanın sahibi Mark Rozman, komediyaçılarının üz ifadələrini görmək və izləyicilərin reaksiyalarını daha yaxşı anlamalarını istəyərək, botoks edilmiş üzlər səbəbindən atmosferin enerjisinin düşdüyünü qeyd edib:
"Komediyaçılarımız ifadəsiz üzlərə zarafat etməkdən bezib. İnsanların gülməsini, qaşlarını çatmasını, dodaqlarını bükməsini görmək istəyirik, amma botoks səbəbindən bu mümkün olmur". (sfera.az)
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi