Boy artırmaq üçün olan dərmanlarla bağlı XƏBƏRDARLIQ: "Özbaşına istifadə etsəniz..."

Boy artırmaq üçün olan dərmanlarla bağlı XƏBƏRDARLIQ: Bakıda kökəlmək, arıqlamaq üçün dərmanlar satıldığı kimi, boyun uzanmasına da kömək etdiyi bildirilən dərmanlar təklif olunur. Şəhərdəki reklam lövhələrində göstərilən dərmanlardan övladının ucaboy olmasını istəyən valideynlər alıb istifadə edirlər.
Bəs bu dərmanların boy artımına köməyi təsdiqini tapıbmı? Hansı yaşda uşaqlar bundan istifadə edə bilərlər?
Milli.Az xəbər verir ki, bu barədə Bizim.Media-ya açıqlamasında pediatr Vaqif Qarayev deyib ki, əvvəlcə boy artımına mane olan səbəblər araşdırılmalı, bu barədə həkimin rəyi olmalıdır:
"Valideyn nə qədər özünü gözəlləşdirsə də, onun uşağı özünün əvvəlki vəziyyətinə oxşayacaq. Yəni təbiəti məcbur etmək olmaz. Azərbaycanlı düşüncəsi var, biz istəyirik ki, uşaqlarımız boylu-buxunlu, alyanaqlı, toppuş olsun. Olmursa, nə edək?! Bunun ciddi tibbi səbəbi yoxdursa, təbiətin ixtiyarına buraxaq. Əvvəl uşaqların yaşına görə boy və çəkinin həddi olan cədvəllər var idi. İndi başqa forma yaranıb, yəni ananın və atanın boyunu müəyyən əmsallara vurub bölərək normativ çıxarırlar.
Uşağın boyu normaya uyğun deyilsə, onda gərək artıma mane olan səbəblər araşdırılsın. Biləklərdəki sümükdə boy zonaları var, rentgen onu bizə göstərir. O zonalar bağlanmayıbsa, boy artacaq, bağlanıbsa, başqa tədbirlər görmək lazımdır. Əvvəlcə bağlanma səbəbini öyrənməliyik. Bunlar hamısı normaldırsa, səbəbi irsiyyətdə axtarmalıyıq.
Yeddi anadan beşi deyir ki, uşağın boyu balacadır. Axı ananın da boyu balacadır, təbiət bunu belə yaradıb. İrsiyyəti heç kim qəbul etmir. Valideynlərin istək və arzusuna qatılıram, amma bu, zorakılıqla olmur. Yəni irsidirsə, heç nə edə bilməyəcəyik".
Həkim valideynləri belə dərmanları həkim göstərişi olmadan almamağa çağırıb:
"Apteklərdə çəki artıran dərmanlar da var. Qətiyyən istifadə etmək olmaz. İndi xanımlar arıqlamaq həvəsinə düşüblər, bu da olmaz. Arıqlamaq üçün dərman qəbul edənlərdə bunun nə qədər fəsadlarını görürük. Zorla arıqlamaq, kökəlmək, boy artırmaq düzgün deyil.
Bunlara mane olan tibbi səbəblər yoxdursa, həyat tərzini dəyişmək lazımdır. Yemək-içmək, istirahət edərək yaşamaq lazımdır. Altından qırmızı xətt çəkərək deyirəm ki, heç bir valideyn özbaşına boy artıran dərman almasın. Hələ o dərmanların faydasının olması da sual altındadır. Sadəcə sahə həkiminə, pediatr və ya endokrinoloqa müraciət edərək yuxarıda sadalananları müayinə etmək və qərar vermək lazımdır".
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1667   Tarix: 05 sentyabr 2024
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

geyim dəbləri sac duzumleri yemek reseptleri yeməklər cizgi filmi mədə xorası elm haqqinda atalar sozleri kosmetika maskalar hakista sozler şəhid arxadan olmag novruz hakışdaları