Böyrək xəstəliklərinin GİZLİ SİMPTOMLARI

Böyrək xəstəliklərinin GİZLİ SİMPTOMLARIBir çox hallarda böyrək xəstəlikləri özünü büruzə vermir və ya böyrək xəstliklərinin simptomları digər xəstəliklərin simptomları ilə qarışdırılır. Saglamolun.az bildirir ki, bu haqda tanınmış rusiyalı həkim Pavel Yevdokimenko öz youtube kanalında məlumat verib.
Həkim bildirib ki, belə gizli simptomlardan biri təzyiqin yüksəlməsidir. Böyrəklər təzyiqin tənzimlənməsində əsas rollardan birini oynayır. Lakin bir çox hallarda xəstədə yüksək təzyiq aşkar olunduqda ona heç bir əlavə müayinə və analiz təyin edilmədən, təzyiqin yüksəlməsinin səbəbi araşdırılmadan təzyiqi salan dərmanlar təyin olunur. Bu dərmanlar əslində heç nə müalicə etmir, onlar yalnız təzyiqi normada saxlayaraq yüksək təzyiqin orqanizmdə yarada biləcək fəsadların qarşısını alır. Xəstə təzyiq dərmanlarını illər ərzində, hətta həyatın sonuna qədər qəbul etməli olur. Həkim bildirir ki, bu dərmanların bəziləri böyrəklərə mənfi təsir edərək onların vəziyyətini daha da pisləşdirir. Təzyiqin səbəbi böyrək xəstəliyidirsə, bu xəstəlik müalicə olunduqdan sonra təzyiq də normaya düşür.
Digər gizli simptom xolesterinin səviyyəsinin artmasıdır. Evdokimenko bildirib ki, bu simptom aşkar olunduqda mütləq xəstənin böyrəkləri və qaraciyəri yoxlanılmalıdır. Lakin bir çox hallarda həkimlər bunu etmədən xəstəyə xolesterinin səviyyəsini salan "statin" adında dərmanları təyin edirlər. Statinlər də adətən həyatın sonuna qədər qəbul edilməli olan dərmanlardır. Statinlərin uzun müddət ərzində qəbulu  böyrəklərin fəaliyyətinə mənfi təsir edir.
Böyrək xəstəliklərinin növbəti gizli simptomları arasında: bel nahiyəsində ağrılar (onu bəzən osteoxondrozla qarışdırırlar), zəiflik, ürəkbulanması, üzücü baş ağrıları, yuxunun pozulması (yuxu səthi olur, insan gecə tez-tez oyanır), dərinin quruluğu və dərinin qaşınması, iştahanın pozulmasıdır.
Böyrək xəstəliklərinə xas olan digər əlamət ödemlərdir (şişkinlik). Bəzən şişkinlik gizli ola bilər. Bunu necə anlamaq olar? İnsanın çəkisi səbəbsiz artırsa, bu gizli ödemlərə işarə edə bilər.
Sidik ifrazında dəyişikliklər də böyrək xəstəliklərinə işarə edir: tez-tez və ya əksinə gec-gec sidiyə getmək, gecə vaxtı sidiyə getmək (1 dəfədən artıqdırsa, buna fikir vermək lazımdır), ifraz olunan sidiyin həcminin artması və ya əksinə azalması, sidiyin tündləşməsi, sidikdə qan.
Bədənin spesifik ammiak qoxusu da böyrək xəstəliyinin simptomu ola bilər. Bu iy tez-tez qoca insanlardan gəlir və ona bəzən "qocalıq iyi" də deyirlər. Lakin bunun səbəbi əksər hallarda məhz böyrəklərin fəaliyyətində olan problemlər olur ki, xəstənin böyrəkləri müalicə olunduqdan sonra qoxu yox olur və ya əhəmiyyətli dərəcədə azalır.
Böyrək xəstəliklərinə şübhə yarandıqda USM-dən keçmək (bəzi hallarda doppleroqrafiya və KT də təyin oluna bilər), sidik və qan (klink və biokimyəvi) analizlərini vermək lazımdır.  
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1666   Tarix: 20 fevral 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

geyim şəkilləri yay geyimləri 2026 kosmetik vasiteler monika belluççi hicab cinsəl sağlamlıq resept kosmetika gözellik arxadan olmag novruz bayramına aid hakışda dovsan usaq seirleri