Böyrəyin müxtəlif xəstəlikləri

Böyrəyin müxtəlif xəstəlikləriBöyrək vərəmi.
Məhdud detruktiv proseslər (papillit) zamanı ancaq kirəcləşmə olduqda müayinələr patoloji prosesləri aşkar edə bilir. Fibroz-kavernoz vərəmdə kaverna aşağıdakı formada olur:
* aydın konturlu
* dairəvi və ya oval.
Böyrək vərəmi müayinə zamanı exoneqativ törəmə kimi aşkar edilir. Vərəm pionefrozu praktiki olaraq kalkulyoz pionefrozdan fərqlənmir, amma daxilində exopozitiv törəmələr daş yox, kirəcləşmiş destruksiya ocaqları kimi qəbul olunmalıdır.
Nefrolitiaz.
Diametri 0,5 sm-dən çox olan konkrementlər çətinlik yaratmadan müayinə zamanı asan aşkar edilir. Ayrılıqda daş dəqiq konturlu, exopozitiv törəmə kimi, kasacıq-ləyən sistemində aşkar edilir. Onun arxasında akustik kölgəliyin olması diaqnozun doğruluğunu təsdiqləyir. Daşın kimyəvi tərkibini isə USM təyin etmir, onu sidiyin analizləri təsdiqləyir. Bəzən yastı daşlar müayinə zamanı pis göründüyündən belə xəstələr polipozision vəziyyətlərində müayinə olunurlar. Bəzi hallarda böyrəkdaşının hiperdiaqnostikası da müşahidə olunur, böyrəklərdə olan kristallar, damar divarının bərkiməsi və s.daş kimi qəbul edilir.
Sidik axarının daşları USM-in köməyi ilə aşkarlanır. Daşlar sidik axarının yuxarı hissəsində olduqda isə bağırsaq hilgəklərində olan hava boşluqları daşın aşkrlanmasına mane olduğuna görə əksər hallarda sidik kisəsi maye ilə dolu olduqda daha yaxşı görünür.
Hidronefroz.
USM zamanı alınan nəticələr prosesin ağırlıq dərəcəsindən və kasacıq-ləyən sistemində sidiyin axmasının pozulmasının davamiyyətindən, böyrək parenximasının atrofiya dərəcsindən asılı olur. İlk mərhələlərdə böyrək parenximasının qalınlığı azalır, kasacıq-ləyən sistemində dəyişikliklər meydana çıxır. Prosesin zəif getməsi "lal böyrək" sindromuna səbəb olur. Adətən diaqnozun dəqiqlənməsi təsadüfən USM-lə yoxlanma zamanı bəlli olur.
Bəzi hallarda vena daxilinə 10 mq furosemid yeridib böyrəklərin funksional yüklənməsini təmin edib, böyrəklər USM vasitəsilə yoxlanılır. Bunun üçün əvvəlcə böyrəklər yoxlanılır, sonra dərman damara yeridilib yenidən xəstə müayinə olunur. Bu zaman müayinə 5 dəqiqədə bir dəfə təkrar olunur. Bu zaman poliuriyaya cavab olaraq kasacıq-ləyən sisteminin dilarasiya müşahidə oluna bilər və onun dərəcəsi təkrar ölçmələr qeyd edilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2460   Tarix: 10 aprel 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

adlarin menasi maskalar geyim necə seçməli varikosel fransiz qadinlari kişi üzükləri qlazok yumurta kosmetika zehmet ve zinet bahar prostat kokelmek aslan