"Bozbaş pictures"də eşidənləri ŞOK edən ayrılıq - Bundan sonra o olmayacaq

"Bozbaş pictures"də eşidənləri ŞOK edən ayrılıq - Bundan sonra o olmayacaq"Bozbaş pictures"də şok ayrılıq baş verib.
"Ölkə.Az"-a açıqlama verən rejissor Emil Abdullayev komandadan ayrılması ilə bağlı pərdəarxası məqamları dilə gətirib. "My name is İntiqam", "Axırıncı yol", "Stalinin başı" kimi filmlərin rejissoru olan Emilin uğurlu filmlərdən sonra sözügedən komanda ilə yollarının ayrılması müxtəlif sualları ortaya çıxarır.

Emil Abdullayev son filmi olan "Stalinin başı" barədə bunları söyləyib:

"Gözləntilərimiz doğruldu. Yenə bu il ən çox baxılan film oldu. Artıq 4-cü aydır ki, hələ də kinoteatrda nümayiş etdirilir. "Axırıncı" yol kimi bu filmimiz də çox uğurlu və baxılan oldu. Çox sevindirici haldır".

Rejissor Ölkə.Az-a açıqlamasında qeyd etdi ki, yeni sezonda "Bozbaş pictures" komandası ilə olmayacaq və yolları ayrılıb:

Əminəm ki "Bozbaş pictures" öz uğurlu film silsiləsini davam etdirəcək. Amma artıq mən komandada olmayacam. Dostluq münasibətləri təbii ki, öz yerində qalır, amma iş məsələsində yollarımızı ayırmışıq. Onlarla işlədiyim 2 filmin ikisi də rekord vurub. Mən uzun müddət eyni işləri görməyi sevən biri deyiləm, elə olanda özümü paslanmış kimi hiss edirəm. Mən düşünürəm ki, yaradıcı adam daima eyni işləri görməməlidir və yeniliklərə, dəyişməyə açıq olmalıdır. Onlarla çalışmağım həm mənə, həm də komandaya uğur gətirib. Qarşılıqlı anlaşma şəklində razılaşdıq. İş başqa, dostluq başqa".

Emil Abdullayev "Bozbaş pictures"dən ayrıldıqdan sonra yeni planları haqda da söz açıb:

"Bir neçə film təklifi var. Onları dəyərləndirirəm. Daha sonra ola bilər ki, yerli kanalların birində ciddi movzuda bir serial işi ərsəyə gətirim. Neçə vaxtdır üzərində işləyirəm. Bu barədə də fiklərim var. İnanıram ki, bu işlərimdə də uğur qazanacam. Uğursuzluqdan qorxan adam deyiləm. Uğursuzluqdan qorxan adam, ümumiyyətlə iş görməməlidir. Bu sahədə uğur qazanan adam artıq işin sirlərini bilir".

Xəbərlər     Baxılıb: 3471   Tarix: 21 iyun 2017
f Paylaş

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

qaşların formalari yay geyimləri 2026 sac duzumleri elaci aciq zedelenmeler yaralar sizanaqlara qarsi dəri və saç kosmetika irem derici bayatilar gunay novruz atalar sozleri