Bu 4 içki ölümə aparır - Kardioloq siyahını açıqladı: Arasında özünün sevimli içkisi də var
30 ildən çox təcrübəsi olan nyu-yorklu kardioloq Dr. Evan Levin ürəyə ən zərərli 10 içkidən danışıb və dörd əsas təhlükəli içkini vurğulayıb.
Milli.Az nypost-a istinadla xəbər verir ki, Starbucks Frappuccino Levinin sevimli içkisi olsa da, o, bu içkinin yüksək kofein və şəkər miqdarı ilə ürəyə ciddi yük olduğunu bildirir. Bir "grande" ölçülü frappuccino 100 mq kofein və 51 qram şəkər (13 çay qaşığı) ehtiva edir ki, bu da ürək döyüntülərini artıraraq stress yarada bilər.
Levinin sözlərinə görə alkoqollu içkilər ürək sağlamlığı üçün ciddi risklər daşıyır. Xüsusilə yüksək dozada qəbulu "alkoqol kardiomiopatiyası" adlı xəstəliyə səbəb ola bilər. O, həmçinin qırmızı şərabın ürək üçün faydalı olduğu iddialarını təkzib edərək bunun əsasən spirt sənayesi tərəfindən dəstəklənən qüsurlu araşdırmalara əsaslandığını qeyd edib.
Qazlı içkilər, xüsusilə soda, yüksək şəkər və ya qarğıdalı siropu miqdarı səbəbindən ürəyə zərər vurur. Levin bildirir ki, bir banka soda içmək, 1/5 fincan qarğıdalı siropu qəbul etmək kimidir və bu, çəki artımına, diabet və ürək xəstəliklərinə səbəb ola bilər.
Enerji içkiləri isə yüksək kofein və şəkər tərkibinə görə ən təhlükəlilərdən hesab edilir. Levinin dediyinə görə, Red Bull kimi içkilər qəhvədən 1,5 dəfə çox kofein ehtiva edir, Monster isə 15 çay qaşığı şəkər tərkibi ilə ürək üçün ciddi təhlükə yaradır. 28 yaşlı qadının ürək tutmasından vəfat etməsi bu içkilərin risklərini bir daha gündəmə gətirib.
İsmayıl
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi