Bu 8 QİDA qanda şəkəri tez azaldır

Bu 8 QİDA qanda şəkəri tez azaldırŞəkərli diabetdən əziyyət çəkən insanlar üçün qan şəkərinin səviyyəsinə nəzarət sağlamlığın qorunmasında həlledici rol oynayır. Bəzi məhsullar qan şəkərinin səviyyəsini müvəqqəti olaraq azalda və ümumi vəziyyəti yaxşılaşdıra bilər. Lakin unutmamaq lazımdır ki, düzgün qidalanma müalicəni əvəz etmir, sadəcə onu tamamlayır.
Bu barədə Milli.Az sizə məlumat verir:
Soğan
Soğan - istər çiy, istər bişmiş formada - qan şəkərinin səviyyəsini effektiv şəkildə azalda bilər. O, orqanizmdə artıq qlükozanın miqdarını azaltmağa kömək edən allisin maddəsi ilə zəngindir.
Avokado
Avokado tərkibində faydalı təkli doymamış yağlar saxlayır və aşağı qlikiemik indeksə malikdir. Bu məhsul qan şəkərinin səviyyəsini tənzimləməyə və metabolik sindromun qarşısını almağa kömək edir.
Balıq
Omega-3 yağ turşuları ilə zəngin olan balıq və dəniz məhsulları insulinə qarşı hüceyrə həssaslığını artıran adipopektin hormonunun istehsalını stimullaşdırır. Qan şəkərinə optimal nəzarət üçün yağlı və dəniz balıqlarının qəbulu tövsiyə olunur.
Giləmeyvələr
Albalı, moruq, böyürtkən kimi giləmeyvələrin müntəzəm qəbulu orqanizmdə qlükoza mübadiləsini yaxşılaşdırır. Bu giləmeyvələr hüceyrələrin insulinə qarşı həssaslığını artırır və qan şəkərinin səviyyəsini normallaşdırmağa kömək edir.
Qoz-fındıq
Məsələn, badam, yerfındığı və fındıq vitamin və liflərlə zəngindir, bu da qan şəkərinin səviyyəsinə nəzarətə kömək edir. Bu məhsulların qlikiemik indeksi aşağıdır və şəkər yüksəlişlərinin qarşısını almaq üçün yeməkdən sonra qəbul edilmələri tövsiyə olunur. Diabet xəstələri üçün gündəlik qoz-fındıq norması 40 qramı keçməməlidir. Bu miqdarı aşmaq məsləhət görülmür.
Tam taxıl məhsulları
Tam taxıllı məhsullar diabetli insanlar üçün əla karbohidrat mənbəyidir. Onlar yavaş həzm olunur və bu da qan şəkərinin səviyyəsinin sabit qalmasına kömək edir. Qlükozanı azaltmaq üçün tam yulafı rasiona daxil etmək faydalıdır. Həmçinin yeməkdən əvvəl bir qaşıq kəpək qəbul etmək şəkərin kəskin yüksəlişinin qarşısını ala bilər.
Balqabaq tumları
Balqabaq və onun tumları qan şəkərinə nəzarət üçün faydalıdır. Bəzi ölkələrdə balqabaq ənənəvi olaraq diabet zamanı əlavə qida vasitəsi kimi istifadə olunur. Balqabaq tumları da qlükoza səviyyəsini əhəmiyyətli dərəcədə azalda bilər.
Yumurta
Yumurta diabet xəstələri üçün faydalıdır, çünki çoxlu zülal, faydalı yağlar və minerallar ehtiva edir. Araşdırmalar göstərir ki, bir qaynadılmış yumurta qan şəkərinin səviyyəsini əhəmiyyətli dərəcədə azalda bilər. /Lent.az
Milli.Az

Xəbərlər     Baxılıb: 1669   Tarix: 13 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

sade makiyaj sekilleri yay kolleksiyasi toy makiyajlari nagillar praktiki məsləhətlər findiq qabiginin faydalari müalicəvi bitkilər kosmetika prostat salam novruza aid hakışda gülməli hakıştalar faydalı məsləhətlər