Bu avtobuslardan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR - "PULSUZ OLACAQ"
Bu gündən etibarən Xaliq Faiqoğlu şirkətinin istismarında olan 18/61/65 saylı marşrut xəttlərində hərəkət edən avtobuslarda pulsuz "Wi Fi" xidməti sərnişinlərin istifadəsinə verilib.
Xanim.az xəbər verir ki, Bakcell şirkəti ilə birgə həyata keçirilən layihə çərçivəsində avtobusların daxilində yeni nəsil 4 G sürətli WiFi modemlər quraşdırılıb. Qeyd edək ki, internetdən istifadə üçün şifrə tələb olunmur. Wİ Fİ xidməti aktiv olan avtobuslarda xüsusi məlumatlandırıcı işarələr vurulub. Layihə çərçivəsində mərhələli şəkildə şirkətin istismarında olan bütün avtobuslarda pulsuz internet zonalar yaradılacaq.
Bununla yanaşı 18 saylı marşrut xətti üzrə hərəkət edən yeni BMC Procity markalı avtobusların daxilində istehsalçı zavod tərəfindən xüsusi USB portlar quraşdırılıb ki, sərnişinlər həmin portdan istifadə etməklə mobil elektron cihazların enerjisini təmin edə bilərlər.
Məlumat üçün bildirək ki, Xaliq Faiqoğlu MMC 2005-ci ildən fəaliyyət göstərir. Şirkət Bakı şəhərində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan ən böyük özəl şirkətlərdən biridir. Şirkətin istismarında olan 13 marşrut xətti üzrə 300-ə yaxın avtonəqliyyat vasitəsi mövcuddur. Hal-hazırda 18/61/65/79/85/96/135 saylı müntəzəm maşrut xəttlərində elektron ödəniş sistemi (Bakı Kart) tətbiq olunur.
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir