Bu bitki təbii ağrıkəsicidir

Bu bitki təbii ağrıkəsicidirZəncəfil, qış aylarında daha çox istifadə edilən, şəfa deposudur. Bir çox vitamin və minerallarla zəngindir. Soyuqdəymə, ishal, mədə bulantısı kimi həzm sistemi problemləri zamanı faydalıdır. İmmunitet sistemini gücləndirir. Şirniyyatlara əlavə edilir, həmçinin, çay formasında da istifadə edilir. Antibakterial xüsusiyyəti mövcuddur.
Milli.Az zəncəfilin faydaları və zərərlərini təqdim edir:
Zəncəfilin mədə və həzm sistemindəki faydaları
Mədə şişkinliyi üçün faydalıdır. Mədə ağrısı və mədə bulantısını keçirməyə kömək edir. Kimyaterapiya qəbul etmiş şəxslərdə və hamilələrdə yaranan mədə bulantısının keçməsinə yardım edir. Reflüks xəstəliyi zamanı effektlidir. Bağırsaq pozulmalarına yaxşı təsir göstərir.
Ürək sağlamlığı və tənəffüs yolları üçün faydaları
Mütəmadi istifadə edilərsə, qan dövranını tənzimləyir, damarlardakı yağ toplanmasının qarşısını alır. İnfarkt riskini azaldır. Xolesterinin düşməsinə kömək edir. Nəfəs darlığı üçün zəncəfil yağından istifadə edə bilərsiniz.
İnfeksiyalara qarşı təsirləri
İmmunitet sistemini gücləndirir və vücudun infeksiyalara qarşı daha sürətli reaksiya verməsini təmin edir. Antiseptik xüsusiyyəti, mədə və bağırsaq infeksiyalarının keçməsində kömək edir. Göbələk infeksiyalarının yaxşılaşmasına ən təsirli bitkidir.
Ağrılara qarşı təsirləri
Sinir uclarında mövcud olan müxtəlif hüceyrələrə təsir edir və ağrını keçirir. Menstruasiya ağrılarının keçməsinə kömək edir. Diz ağrısı üzərində də təsiri mövcuddur.
Zəncəfilin zərərləri nələrdir?
Çox istifadə zamanı mədə yanması və mədə turşuması kimi problemlərə yol aça bilər. Qan sulandırıcı xüsusiyyəti mövcuddur. Yeni zəncəfil yaxşı çeynənilərək istifadə edilməzsə, bağırsaq tıxanıqlığına yol aça bilər. Öd daşı olan şəxslərə mənfi təsir göstərir.
Hamiləlik müddətində diqqətlə istifadə edilməlidir. Çox istifadə zamanı düşük riski yarana bilir. Çox istifadə edildiyi zaman ciddi sağlamlıq problemlərinə yol aça bilər.
Zəncəfil necə istifadə edilir?
Təzə zəncəfil, istilik və oksigenə qarşı dayanıqsızdır. Təzə zəncəfil kökü, hava almayan sərin yerdə saxlanılmalıdır. Soyuqdəymə zamanı effektlidir. Zəncəfil tozunun bir şirniyyat qaşığından çox istifadə edilməməsi tövsiyə edilir. Bu miqdarlar immunitetə görə fərqlilik göstərə bilər. Kəskin dadı olduğundan yeməklərə az əlavə edilməsi tövsiyə edilir. /"Qafqazinfo"
Milli.Az

Xəbərlər     Baxılıb: 1190   Tarix: 19 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

adlarin menasi yay kolleksiyasi geyim seçimi sineye qulluq seks pozalari arvaddan icaze kagizi valideyn haqqinda kosmetika zencefil gəncə bakire haxışda statuslar