Bu bitkiyə toxundu, kəkələməyə başladı - Hər evdə var - DİQQƏT

Bu bitkiyə toxundu, kəkələməyə başladı - Hər evdə var - DİQQƏTBəzi ev bitkilərinin gözoxşayan görüntüsünün arxasında ciddi sağlamlıq riski dayana bilər. Xüsusilə son günlərdə sosial mediada böyük maraqla qarşılanan hadisə bu riski bir daha gündəmə gətirib.
Milli.Az xəbər verir ki, Bursada yaşayan  Meryem Can adlı qadın evində uzun illər bəzək məqsədilə saxladığı "ağlayan çiçək" kimi tanınan "Dieffenbachia" bitkisi ilə təmasdan sonra danışa bilmədiyini açıqlayıb.
Hadisə zamanı bitkini düzəltmək istəyərkən gövdəsinin qırıldığını və içindən çıxan mayenin üz və ağız nahiyəsinə sıçradığını bildirən Can qısa müddətdə dilində yanma və kəkələmə yaşadığını, danışmaqda çətinlik çəkdiyini deyib:
"Əvvəlcə aloe veraya bənzədiyi üçün narahat olmadım. Ancaq dilimdə güclü yanma hiss etdim. Suyu udmadım və dərhal xəstəxanaya gəldim. Həkimlər də bu hadisəyə təəccübləndilər" .
Həkim müdaxiləsindən sonra vəziyyəti stabilləşən Can "Əgər bu mayeni udmuş olsaydım, nəticələr daha ağır ola bilərdi," deyərək, xüsusilə ailələri və ev heyvanı sahiblərini ehtiyatlı olmağa çağırıb.
Tropik bölgələrdən gələn və ev dekorasiyasında geniş istifadə olunan "Dieffenbachia bitkisi" böyük və rəngarəng yarpaqları ilə seçilir. Lakin bu bitkinin gövdə və yarpaqlarında kalsium oksalat kristalları mövcuddur. Bu mikroskopik, iynə formalı kristallar ağız, boğaz və dəri ilə təmasda olduqda qıcıqlanmaya, şişkinliyə və hətta nitq pozğunluğuna səbəb ola bilər.
Mütəxəssislər qeyd edir ki, bu cür dekorativ bitkilərin təhlükəsizliyi ilə bağlı cəmiyyət daha çox məlumatlandırılmalıdır. Gözəl görünüş aldadıcı ola bilər - təhlükə bir anın içində ortaya çıxa bilər.
Fidan
Milli.Az

Xəbərlər     Baxılıb: 1116   Tarix: 27 may 2025
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

geyim dəbləri geyim necə seçməli reseptler tortlar göyəmin faydası balıqqulağı geyim və ayaqqabılar kosmetika ikizler badambura ana haqqinda bayati xanim az hekaye janri