Bu bürclər əslində "Saman altından su yeridən" BÜRCLƏR

Bu bürclər əslində "Saman altından su yeridən" BÜRCLƏRSosial şəbəkələrin həyatımızın ayrılmaz hissəsi olması danılmaz faktdır, bir növ tərgidə bilmədiyimiz xəstəlikdir. İnsanlar həm öz həyatını nümayiş etdirməyi, həm də başqalarının həyat fəaliyyətini izləməyi sevir.

Sosial şəbəkələrin yaranması nəticəsində lüğətimizə yeni terminlər də daxil olub. Sosial şəbəkələrdə çox vaxt keçirən, başqalarını saxta profillərdən izləyən insanlara stolker (gizli təqibçi) deyilir.

Astroloqlar bu dəfə bürclərin sosial şəbəkədə gizli fəaliyyəti ilə bağlı apardığı araşdırma nəticəsində xarekterlərinə görə maraqlı faktlar əldə edib.

Qoç

Qoç bürcüləri inadkar və barışmazdır. Onların iddiası o dərəcədə böyükdür ki, bəzən öz daxili aləminin səsiylə belə inad edə bilərlər. Bu da onları özləriylə mübarizə aparan stolker edir. Tez-tez öz-özünə "Görəsən, o, yeni şəkil paylaşıb?", "Sevgilisi ilə barışıb" və s. bu kimi suallar üzərində baş sındırdıqdan sonra "Sənə nə!" cavabı ilə özünü sakitləşdirməyə çalışır.

Buğa

Buğa bürcləri kimisə gizli-gizli güdməyə ehtiyac duymur. Etsələr də, bunu gizlincə etməzlər. Yəni birini izləmək istəyirsə, edir, hətta suallar verib ünsiyyət qurur. Təqib etmək istəmirsə, vecinə də olmur. Bu səbəbdən də Buğaları stolker adlandırmaq doğru olmaz. Çünki stolkerin əsas məğzi gizlilikdir.

Əkizlər

Nə istədiyini bilməyən Əkizlər stolker olmasına baxmayaraq, ikili xarakteri ona bu işdə mane olur. Bir gün səhərdən axşama qədər kimisə stolk edə bilər, ertəsi gün tamamilə unuda bilər.

Xərçəng

Çox açıqsözlü, ailə canlı olsa da, bu məsələdə ən hiyləgər bürcdür. Buna baxmayaraq, hiyləgərliyi ona mahir stolker olmasına kömək etmir. Gizli-gizli izlədiyi şəxsin səhifəsində ya səhvən bəyən düyməsini basır, ya da nə cürsə özünü ələ verir, yaxud da söhbət zamanı ağzından müxtəlif məlumatları qaçırır.

Şir

Məlum olduğu kimi, Şir bürcləri çox qürurludur. Kimisə gizlin şəkildə təqib etmək onların qürurlarını çox incidir. Odur ki, tutulmamaq üçün hər şeyi edirlər. Amma hərdən bir işin üstü açıla bilər. Pərt olmuş Şirlər stolkerlikdən yalnız qısa bir müddət uzaq qala bilər. Heç vaxt məğlub olmaz və yorulmazlar.

Qız

Yetkin Qız bürcləri bir gün ərzində minlərlə detalı problemə çevrir. Xırdaçılığı ilə hər kəsi bezdirən Qızlar stolk məsələsində də ustalıqla nümayiş etdirə bilir. Bu səbəbdən onun sizi gizli-gizli izlədiyinə dair heç bir iz tapa bilmərsiniz. Qız bürcləri stolk mövzusunda ilk sıralarda yer alır.

Tərəzi

Tərəzi bürcləri bəzi məsələləri lazım gəldiyindən artıq şişirtməsi ilə məşhurdur. Gizli təqib məsələsində onlar da bacarıqlıdır, lakin həddi bəzən lap aşırlar. Məsələn, stolkladıqları bir insanın ən yaxın dostunu da, daha sonra ən yaxın dostunun qohumunu, onun ev yoldaşını və s. tanımadığı şəxsləri izləyə bilər. Tərəzi bürcləri haqqında məxfiliyi uğurlu, hədəf isə uğursuzdur demək olar.

Əqrəb

Ən peşəkar stolkerlər sözsüz ki, Əqrəblərdir. Əqrəb bürcü zodiak iaşarələri arasında intuisiyası ən qüvvətli bürcdür. Odur ki, arxadan iş çevirməkdə, saman altından su yeritmək kimi işlərdə də çox mahir olan Əqrəblərin stalk məsələsində uğurlu olması heç təəccüblü deyil. İllərlə sizi təqib edə, həyatınız haqqında məxfi məlumatlar əldə edə bilər, amma sizin bundan heç ruhunuz da inciməz. Qarda yeriyər, izini qoymaz. Çox gizli çalışırlar.

Oxatan

Oxatan bürcü şən, həyat dolu görünsə də, zaman-zaman enerjisi aşağı düşür. Sosial şəbəkələrdən istifadəsi də enerjisinin olub-olmamasından asılıdır. Kədərli olduğu vaxtlar sosial şəbəkələrdən adətən stlok məqsədiylə istifadə edir, xoşbəxt olduqda isə əksinə, sadəcə nə isə paylaşmaq məqsədli istifadə edir. Mahir stolker olduğu deyilə bilər.

Oğlaq

Oğlaq bürcləri özünü dəyərli hiss etməyi çox sevir. Bu səbəblə stolklayan tərəf deyil, stolklanan olmağı üstün tutur. Uğursuz stolker olması əslində qarşı tərəfin onun bu addımından xəbərinin olması istəyindən irəli gəlir. Stolk məsələsi onun üçün bir növ diqqət çəkmək üçün vasitədir. Həyatını, xoşbəxt anlarını, düşüncələrini başqalarına nümayiş etdirməkdən zövq alır, insanların onu izləməsi və təqib etməsi onda böyük bir həzz yaradır.

Dolça

Dəlilik və dahilik arasında qalan Dolça bürcləri idealistdir. Stolk etməkdə əsas məqsədi tənqid etmək və ya kiməsə dərs verməkdir. Özəl bir nəfəri deyil, bir çox adamı və ya hesabı gizli-gizli izləyir və tənqid etməkdən böyük həzz alaraq günü bağlayır.

Balıq

Sosial şəbəkələrdə insanların fəaliyyətlərini gizlin şəkildə izləmək Balıq bürcləri üçün bir növ əyləncədir. Ən yaxın dostları bir araya gələndə birlikdə əyləncə məqsədiylə hər kəsi güdməkdən zövq alırlar. Balıq bürcü də əslində insanların fəaliyyətlərini güdmək məsələsində çox mahirdir, eyni zamanda bunu pis niyyətlə etmir, məqsədi yalnız əylənməkdir. Xəyal dünyasının geniş olması sayəsində rəfiqələrinə yeni dedi-qodular çatdırır.

Publika.az

Maraqlı     Baxılıb: 5121   Tarix: 11 iyun 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

ADU-nun doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib. xəbər verir ki, bu barədə universitet məluma

.

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb. Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəl

.

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib. Qeyd edilib ki, o, 75 yaşında vəfa

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

.

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər. xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri arada

.

Qaravəllilər

Qaravəlli - nağıllar başlarkən söylənilən və nəzm şəklində olan kiçik müqəddimədir. Məsələn:. Hamam, hamam içində,. Xəlbir saman içində. Dəvə dəlləklik eylər. Köhnə hamam içində. Qarışqa şıllaq atdı,. Dəvənin budu batdı

.

Bu institutlar birləşdiriləcək - 2 yeni elmi müəssisə yaradılacaq

Ölkə başçısının "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" müvafiq sərəncamın

.

Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir

.

ADA Universiteti üçillik ali təhsil modelinin tətbiqi üzərində işləyir - Rektor

ADA Universiteti fəaliyyətdə olduğu 17 il ərzində keyfiyyətli müəllimlərin axtarışını və yetişdirilməsini qarşısına prioritet məqsəd kimi qoyub.  Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfir Hafi

turlar.az

kosmetika mehsullari qadin sayti adlarin menasi bayatilar pol breqq 2026 burcler aroma və fitoterapiya kosmetika rus dilini öyrənək bir arzum var novruza aid hakışda dolça qz eviyçun hakışta