Bu çərəz qanda "pis" xolesterinin səviyyəsini azaldır
Cənubi Avstraliya Universitetinin alimləri müəyyən ediblər ki, badam yemək orqanizmə faydalı təsir göstərir. Bu çərəz çəki və qanda "pis" xolesterinin səviyyəsini azaltmağa kömək edir.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, nəticələr "Obesity" elmi jurnalında dərc olunub.
Müəlliflər iki qrupa bölünmüş 140 nəfərdən ibarət nümunə seçiblər. Birinci qrupun pəhrizinə badam daxil olub, ikincinin pəhrizinə isə yox. Subyektlər üç ay ərzində xüsusi pəhriz edib. Alimlər təcrübənin sonunda və əvvəlində bütün iştirakçıların sağlamlıq göstəricilərini ölçüb.
Nəticələr göstərdi ki, bu qida daha uzun müddət toxluq hissini saxlamağa, bu da öz növbəsində arıqlamağa kömək edir. Həmçinin xolesterinin səviyyəsini normallaşdıraraq və bədəndəki iltihabı azaldaraq ürək-damar sağlamlığını dəstəkləyir.
Alimlərin fikrincə, bu təsiri badamın zülal, lif, doymamış yağlar və antioksidantlarla zəngin olması ilə izah etmək olar.
Milli.Az









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Arzuolunmaz hamiləlik
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
35 yaşlı müğənni xərçəngdən öldü
Okan Buruk haqqında sürpriz sevgi İDDİASI: Onları görün kim tanış edib
Məşhur müğənni toy tarixini açıqladı