Bu da məşhur cütlüyün yaşadığı ev - FOTOLAR
Aktrisa Ezgi Eyüboğlu və aktyor Kaan Yıldırım "InStyle Home" jurnalının mart sayı üçün evlərini nümayiş etdiriblər.
Xanim.az axşam.az-a istinadən xəbər verir ki, üç il əvvəl "Adı Mutluluk" serialında birgə çəkilən və ötən il ailə quran cütlüyün evi yaşıllıqlar içində yerləşir.
Onlar bu evi çox sevdiklərini, gördükləri anda bəyəndiklərimi deyiblər:
"Yuxarı mərtəbəyə baxmadan evi tutduq. Əvvəlki ev bizim üçün çox böyük idi. Ona görə bura bizi tam əhatə edir".