Bu da Nüşabə Ələsgərlinin heç yerdə görmədiyiniz AİLƏ FOTOLARI: qızı, oğlu və həyat yoldaşı...
Əməkdar artist Nüşabə Ələsgərli övladlarının həmişə mediadan uzaq olduğunu bildirib.
Xanim.az-ın məlumatına görə, yenicag.az-a açıqlama verən müğənni bunun səbəblərini izah edib: "Qızım da, oğlum da heç vaxt diqqət mərkəzində olmağı xoşlamayıb, jurnalistlərdən uzaq gəziblər. Bir dəfə toyda qızımla şəklimizi çəkib yaymışdılar. Qızım buna görə çox əsəbiləşdi. Övladlarım reklam olunmağı xoşlamır, deyirlər, "biz ictimai xadim, ya da ulduz deyilik ki, gündəmdə olaq". Qızım anamın tərbiyəsi ilə böyüyüb. Çox ağıllıdır, ona məsləhət vermək artıqdır. Uşaq vaxtı "aşk yasaq" deyib, qızıma sevməyi qadağan etdim. Ona məsləhətim bu olub ki, oxusun, vaxtını təhsilə ayırsın. Artıq 20 yaşı var, şəxsi həyatını öz seçiminə buraxmışam. Təbii ki, ana kimi mənim də məsləhətimi nəzərə alacaq. Elə oğluma da qadağalarım yoxdur. Hələ 21 yaşı var, evlənmək vaxtı deyil, amma kimi sevib-seçsə, onunla da evləndirəcəm. Çünki ailə qurarkən, sevgi çox önəmlidir. Qarşılıqlı sevgi olmasa, ər-arvad bir-birinə dözməz. İnanıram ki, uşaqlarım ailə quranda seçimlərində yanılmayacaq".
Qeyd edək ki, N.Ələsgərlinin 2 övladı var. Oğlu Orxan və qızı Nigar.














Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin