Bu davranışlar gənc yaşda infarkta səbəb olur
Gənc yaşlarda hipertoniya sürətlə artır.
Milli.Az xəbər verir ki, "Skandinav Sağlamlıq Mərkəzi"nin baş həkimi, kardioloq, tibb elmləri doktoru Natalya Gavrilova son 20 ildə 30-39 yaş qrupunda hipertoniya hallarının 30-40 faiz artdığını bildirib.
Gavrilova əsas səbəblərdən biri kimi oturaq həyat tərzini göstərir. Hərəkətsizlik damarların elastikliyini azaldaraq ürək-damar sistemində problemlərə yol açır.
Həmçinin, xroniki stress də gənc yaşda hipertoniya riskini artırır. Stress zamanı yüksələn kortizol hormonu bədəndə maye yığılmasına, qan dövranının artmasına və təzyiqin yüksəlməsinə səbəb olur. Stress damarların divarlarında iltihabi prosesləri gücləndirir, onların normal daralma və genişlənmə qabiliyyətini pozur.
Yanlış qidalanma və energetik içkilər bu prosesləri daha da şiddətləndirir.
Daimi smartfon və digər cihazların istifadəsi də hipertoniya yaradır. Ekranların yayımladığı mavi işıq melatonin ifrazını azaldır, yuxu pozğunluğuna və nəticədə təzyiqin yüksəlməsinə səbəb olur. Sosial şəbəkələr isə əlavə stress yaradır.
Az yuxu, xüsusilə gündə 6 saatdan az yatanlarda kortizol səviyyəsi artır, insulinə qarşı dözümsüzlük yaranır və çəki artımı müşahidə olunur. Bu da hipertoniya ilə bağlıdır.
Əvvəllər infarkt keçirən amerikalı kardioloq Uilyam Uilson bildirib ki, infarkt zamanı xəstələrdə güclü sidik ehtiyacı yaranması kimi geniş yayılmış, amma az bilinən simptom müşahidə olunur.
İsmayıl
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Evdə stress yaradan 5 şey
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO