Bu dərmanlar əhaliyə pulsuz veriləcək
2025-ci ildən ambulator müalicə üçün ürək-damar, həzm və tənəffüs sistemi xəstələrinin dərman ehtiyacı icbari tibbi sığorta hesabına qarşılanacaq. Bəzi cərrahi əməliyyatlar da sığorta ilə ediləcək.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev "Əhalinin sağlamlığının qorunması haqqında" və "Tibbi sığorta haqqında" qanunlara dəyişiklikləri təsdiqləyib.
Ambulator şəraitdə verilən dərman vasitələrinin icbari tibbi sığorta təminatına alınmasında əsas məqsəd əhalinin müxtəlif xəstəliklər üzrə ağırlaşma halları olmadan, stasionar yatış, yaxud cərrahi əməliyyata alınmadan müalicə almasını təmin etməkdir.
2025-ci ildə İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfində dəyişikliklərin aparılması planlaşdırılır. Belə ki, kəsiksiz damar əməliyyatları, travmatoloji müdaxilələr, qarın boşluğu, baş-beyin və göz əməliyyatları kimi mürəkkəb cərrahi müdaxilələr də sığorta ilə olacaq. Xidmətlər Zərfində dəyişiklik 3 istiqamətdə aparılacaq.
2025-ci ildə həm də MRT və KT müayinələrinə 20 faiz müştərək maliyələşmə məbləğinin ödənilməsi nəzərdə tutulur. Bu isə əsaslandırılmamış müayinələrin qarşısını almaq və xidmətdən istifadəni daha da stimullaşdırmaq məqsədi daşıyır.
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi