Bu dondurmalar zəhərləyir – Necə ayırd etmək olar?

Bu dondurmalar zəhərləyir – Necə ayırd etmək olar?Dondurma ən məşhur yay məhsullarından biridir. Lakin süddən hazırlanan bu məhsul həm də zəhərlənmə potensialı ən yüksək olan qidalar arasındadır.
Sağlam qidalanmaqla bağlı yanlış fikirlər
Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən can dərmanı
Zeytun yağının daha bir faydası ortaya çıxdı 
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, dondurmadan zəhərlənməmək üçün bir neçə sadə qaydaya əməl etmək lazımdır.
Mütəxəssislər kristallaşan dondurmaları yeməmək barədə xəbərdarlıq edirlər. Çünki dondurmada müşahidə olunan kristallaşma onun əridikdən sonra yenidən dondurulduğuna işarədir. Bu cür məhsullar isə çox təhlükəlidir.
Əgər qutuda dondurma alıb evdə istehlak edirsinizsə, yenə bir neçə nüansa diqqət etmək vacibdir. Dondurmanın son istifadə tarixinə mütləq diqqət yetirilməlidir. Çox uzunömürlü dondurma almamaq məsləhətdir. Aylar öncəsindən qalmış dondurmanı son istifadə tarixi bitməsə belə, yemək olmaz. Dondurma alış-verişin ən sonunda alınmalıdır. Onu əriməsinə imkan vermədən ən sürətli şəkildə evə çatdırıb dondurucuya qoymalısınız. Dondurmanı istehlak edəcəyiniz zaman yeyəcəyiniz qədərini götürüb qalanını dərhal dondurucuya geri qaytarmalısınız. Çünki dondurma yumşaldıqdan sonra onu yenidən dondurmaq olmaz.
Küçə satıcılarından açıq halda satılan dondurmaları almaq tövsiyə olunmur. Bu cür süd məhsulları ciddi qida zəhərlənməsinə səbəb ola bilər. Dondurma zəhərlənməsinin ilkin əlamətləri isə bunlardır: qusma, ishal, ürəkbulanma və qızdırma. Dondurma yedikdən sonra belə problemlərlə üzləşənlər dərhal həkimə müraciət etməlidirlər. 
Milli.Az

Xəbərlər     Baxılıb: 1635   Tarix: 12 may 2024
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

maskalar qadin sayti sac duzumleri intim məktəb is qurmagin yollari qadın parfumeriya kabab reseptləri kosmetika veten seirleri sağlamlıq novruz bayramina aid hakista sevgi gülməli hakıştalar