Bu dövrdə pəhriz saxlayaraq çəki atmaq tövsiyə olunmur - Vİrusdan qorunmaq üçün....

Bu dövrdə pəhriz saxlayaraq çəki atmaq tövsiyə olunmur - Vİrusdan qorunmaq üçün....Son vaxtlar dad, iy bilməmək, istiqaməti təyin edə bilməmək, müxtəlif nevroloji əlamətlər COVID-19-un əlamətləri sırasına daxil edilib. Bunlar çox xəstədə qeydə alınmır. Belə simptomları olanlar mütləq Həkimə müraciət etməlidirlər. Həkim həmin şəxslərin evdə və ya xəstəxana şəraitində müalicə olunmasına dair qərar verməlidir. Xəstə heç vaxt özbaşına müalicə qəbul etməməlidir.
Milli.Az AZƏRTAC-a istinadən  xəbər verir ki, bunu respublikanın baş infeksionisti Cəlal İsayev deyib.
"Heç bir klinik əlamət qeydə alınmayan, lakin test cavabı müsbət çıxanlar digərləri üçün çox təhlükəlidir. Onlar təcrid olunmalıdırlar. Həmin şəxslər həm ev, həm də xəstəxana şəraitində təcrid oluna bilərlər. Hazırkı dövrdə onların evdə təcrid olunması məsləhət görülür. Çünki çarpayı fondunda yer azalıb. Həmin şəxslər yalnız həkim icazə verəndən sonra evdən çıxa bilərlər. Yeddi gündən sonra onlardan analiz götürülür. Sonra təkrar test aparılır. Cavablar mənfi olarsa, xəstəxanada olanlar yalnız 14 gündən sonra evə yazıla bilərlər. Ümumilikdə isə test cavabları iki dəfə mənfi olandan sonra onlar ətrafdakılar üçün təhlükə törətmirlər və normal həyatlarına qayıda bilərlər".
Cəlal İsayev qeyd edib ki, ev şəraitində müalicə aparılması ilə bağlı protokol işlənib hazırlanıb. Belə ki, bu zaman xəstənin orqanizminin immun sistemini gücləndirən müxtəlif preparatlar təklif olunur. Həmin xəstələr sahə həkimlərinin müşahidəsi altında olurlar. Əgər hər hansı bir xəstədə ağırlaşma və ya fəsad ortaya çıxarsa, o, mütləq xəstəxanaya aparılır. Ev şəraitində müalicə alanlar daim müşahidə altında saxlanılmalıdırlar. Burada xəstənin özü də maraqlı olmalı, səhhətindəki dəyişiklikləri müntəzəm olaraq həkiminə xəbər verməlidir. Ola bilsin ki, heç bir dəyişiklik baş verməsin. Çünki yoluxanların 70 faizində xəstəlik heç bir əlamət büruzə vermədən keçir. Həmin şəxslər ətrafdakılar üçün təhlükəli olurlar. Belə ki, onlarda heç bir simptom olmur, gündəlik fəaliyyətlərini davam etdirirlər və xəstəliyi daha çox yayırlar.
Baş infeksionistin sözlərinə görə, koronavirusa yoluxan insanlar sağaldıqdan sonra adətən onların ağciyərləri tam bərpa olunur: "Bəzi xəstələrdə, yəni, xəstəliyin ağır gedişi olanlarda ola bilər ki, ağciyərlərdə fibroz sahələr yaransın. Bu da müəyyən tənəffüs hərəkətlərinin çətinliyinə səbəb ola bilər. Onlarda da sonradan bədən tərbiyəsi və müəyyən terapevtik müalicə aparılır. Bir qismində ağciyərlər bərpa olunur. Lakin bəzilərində bərpa prosesi baş verməyə, daim tənəffüs hərəkətlərinin çətinliyi, tənəffüs çatışmazlığı müşahidə oluna bilər".
O bildirib ki, insan orqanizmində hər bir infeksiyaya qarşı antitellər, anticisimciklər yaranır və çoxlarında immunitet formalaşır. COVID-19-a yoluxanlarda antitellərin inkişafına dair müxtəlif rəqəmlər var. Hələ dəqiq məlumat bəlli deyil. Ola bilər ki, spesifik antitelləri təyin edəcək reaktivlər yoxdur. Bununla yanaşı, həmin antitellər digər COVID qrup virusları ilə çox yaxın olub çarpaz reaksiya verə bilər. Ona görə bu məsələ çox mübahisəlidir.
C.İsayev, həmçinin bunları deyib: "Koronavirusun çox növü var. Koronavirusa yoluxan insanda immunitet formalaşsa da, ikinci dəfə yoluxma ehtimalı qalır. Lakin bu, hamıda baş vermir. COVID-19-da isə immunitetin nə dərəcədə davamlı, ikinci dəfə yoluxma ehtimalının nə dərəcədə yüksək olması hələ dəqiq məlum deyil. Onu da qeyd edim ki, bir dəfə bu xəstəliyi keçirənlərdə ikinci dəfə yoluxma baş verərsə, bu, nisbətən yüngül keçəcək. Çalışaq ki, heç yoluxmayaq. Özümüzü qoruyaq ki, nə vaksini, nə də spesifik preparatı gözləməyək.
Hazırda pəhriz saxlayaraq çəki atmaq tövsiyə olunmur. Virusdan qorunmaq üçün gündəlik zülal, karbohidrat, yağ, vitamin, mineral tələbatı ödəyən tam dəyərli qida məhsullarından istifadə vacibdir. Xəstəliyin ətrafa yayılmaması üçün simptomları olan və ya test nəticəsi müsbət çıxan insanlar özləri-özlərini təcrid etməli, təcrid olunan xəstələrə baş çəkmək üçün onların yanına başqaları gəlməməlidirlər.
Gigiyenik qaydalara əməl edilməsi, qidalanmaya fikir verilməsi, bol meyvə-tərəvəz qəbul edilməsi, yuxu rejiminin nizamlı olması tövsiyə olunur. Stressdən uzaq durmağa çalışmaq məqsədəuyğundur. Həmçinin spirtli içki qəbul etmək, siqaret çəkmək kimi zərərli vərdişləri tərgitmək lazımdır. Konservləşdirilmiş qida məhsullarından qaçmaq, sağlam həyat tərzi keçirmək məsləhət görülür. Bununla yanaşı, insanların sıx olduğu yerlərdə maska taxılmalı, sosial məsafə gözlənilməlidir. Sosial təcrid qaydalarına əməl etmək lazımdır. Bu dövrdə xəstəliyin yayılmasının qarşısı tam alına bilinməsə də, onun azalmasına nail olmaq mümkündür. Bizim hamımız buna cəhd etməliyik. Koronavirus gəncləşib və aqressivləşib. Ona görə də ehtiyatlı olmalıyıq".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1275   Tarix: 11 iyul 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

gozel gorunmek gelinlikler geyim dəbləri zərdəçal sizanaqlara qarsi maska necə tez arıqlayım burcler 2026 kosmetika birlik hakisda uşaq şeirləri heyati buga burcu