Bu əlamətlər varsa, deməli çörək yemək sizə düşmür

Bu əlamətlər varsa, deməli çörək yemək sizə düşmürSeliakiya xəstəliyi əhalinin 2-3%%-də rast gəlinən autoimmun xəstəliyidir. Onun yaranmasında iştirak edən əsas faktor qlütendir. Tərkibində qlüten olan buğda, çovdar, qızılı buğda və arpa kimi dənli bitkilərdən hazırlanmış qidaların qəbulu nazik bağırsağın iltihabına səbəb olur.
Milli.Az xəbər verir ki, qlütenin hətta kiçik miqdarı belə, simptomların yaranmasına səbəb ola bilər. Əgər şəxs qlüteni qida rasionundan çıxarmazsa bağırsaq xovları hamarlaşa, hətta yox ola bilər və beləliklə, nazik bağırsağın selikli qişasından qida maddələrinin sorulması prosesi pozula bilər ki, bu da öz növbəsində orqanizmdə qida çatışmazlığının yaranmasına səbəb ola bilər.
Seliakiya xəstəliyinin simptomları geniş spektrdə dəyişir. Əksər hallarda özünü mədə-bağırsaq traktı simptomları ilə qeydə alınır:
-İshal
-Qarın nahiyəsində şişkinlik
-Qarın ağrısı
-Ürəkbulanma
-Qusma
Seliakiya xəstəliyinə malik şəxslərdə həmçinin ümumi simptomlara da təsadüf edilir
-Çəki və enerji itkisi
-İştahasızlıq
-Anemiya ilə birlikdə təsadüf edilən dəmir çatışmazlığı
-Osteoparoz
-Reproduktiv pozğunluq və ya spontan abortlar
-Vitamin və ya mineral çatışmazlığı
Uşaqlarda seliakiya xəstəliyi erkən yaşlarda, adətən ana südündən tərkibində qlüten olan qidalara keçmə zamanı əmələ gəlir. Əgər xəstəlik müəyyən edilməmiş qalarsa uşaqlarda böyümə və inkişaf pozğunluğu riski yarana bilər. Seliakiya xəstəliyindən əziyyət çəkən uşaqlar adətən zəif bədən quruluşuna malik, ağlağan və həssas olur.
Xəstəliyin formaları
Seliakiya xəstəliyinin klassik, simptomatik və subklinik formaları mövcuddur. Bu formalar nazik bağırsağın selikli qişasının zədələnməsi ilə xarakterizə olunur. Əlavə olaraq, təsadüf nəticəsində aşkar olunan, biopsiyada normal selikli qişa nümayiş etdirən potensial çölyak xəstəliyi də mövcuddur.
Xəstəliyin diaqnozu
Seliakiya xəstəliyi hər yaşda müşahidə edilə bilər. Xəstəliyə şübhə olarsa, ilk növbədə qan analizi verilməli və müayinə edilməlidir. Anticisimlər müəyyən edildikdən sonra diaqnozu təsdiqləmək məqsədilə nazik bağırsaqdan biopsiya götürülür.
Seliakiya xəstəliyi əksər hallarda irsi olduğuna görə yaxın qohumlar (valideynlər, bacı-qardaş və övladlar), hətta simptomlar olmasa belə çölyak xəstəliyinin diaqnozunun qoyulması məqsədilə müayinə olunmalıdırlar. həkiminizlə əlaqə saxlamamışdan əvvəl, qlütensiz pəhrizə başlamamaq vacib nüans sayılır. Əgər siz həkim məsləhəti olmadan pəhrizə başlasanız xəstəliyin diaqnozunun qoyulması üçün vacib olan anticisimləri qanda müəyyən etmək mümkün olmayacaqdır.
Müalicə
Əgər seliakiya xəstəliyinin diaqnozu təsdiqlənərsə həkiminiz sizə dərhal qlütensiz pəhrizə başlamağınızı tövsiyə edəcəkdir. Seliakiya xəstəliyinin yeganə effektiv müalicəsi ümumiyyətlə tərkibində qlüten olan qidalardan həmişəlik imtina etmək sayılır. Sadəcə qlütensiz pəhrizə riayət etmək də qısa müddət ərzində sağalmanın baş verməsinə səbəb ola bilir. Seliakiya xəstəliyindən əziyyət çəkən şəxslərin əksəriyyəti qlütensiz pəhrizə başladıqdan qısa müddət sonra simptomsuz olur. Bununla yanaşı, nazik bağırsağın selikli qişasının regenerasiya prosesi bir neçə ay davam edə bilir. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1604   Tarix: 24 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

maskalar sac duzumleri qadin dunyasi sağlamlıq qadınlarda erroziya sirin gilas biserli uzun donlar kosmetika novruza aid hakisda vətən haqqında bayatı qz eviyçun hakışta qaynanaya aid sağlıq