Bu gün sulu qar, güclü qar yağacaq - XƏBƏRDARLIQ

Bu gün sulu qar, güclü qar yağacaq - XƏBƏRDARLIQBu gün Bakıda və Abşeron yarımadasında havanın kəskin dəyişəcəyi gözlənilir. Güclü şimal-qərb küləyinin 18-23 m/s, arabir 28-33 m/s-dək güclənəcəyi, səhər və gündüz yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək şiddətlənəcəyi gözlənilir. Temperaturun anomal gedişi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Xanim.AZ-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə və səhər 4 dərəcəyə yaxın isti, axşama doğru isə 2 dərəcəyədək isti, Bakıda gecə 4-6, gündüz 2-4 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 762 mm civə sütununa qalxacaq. Nisbi rütubət 70-80 faiz olacaq.
Nazirlik Bakıda və Abşeron yarımadasında gözlənilən xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq edib. Yanvarın 17-də hava şəraitinin kəskin dəyişəcəyi, şimal-qərb küləyinin 28-33 m/s, yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək şiddətlənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlə üqayisədə 10 dərəcə aşağı enərək 2 dərəcəyə yaxın isti olacağı gözlənilir. Yağıntının sulu qara keçəcəyi ehtimalı var.

Tibbi-meteoroloji xəbərdarlığa görə, yanvarın 17-18-də Abşeron yarımadasında çox güclü xəzri küləyinin əsəcəyi və havanın temperaturunun ötən günlə müqayisədə 10 dərəcə aşağı enəcəyi gözlənilir. Havanın belə kəskin dəyişməsi əksər əhali üçün çox əlverişsizdir.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Duman olacaq. Qərb küləyinin sürətinin 7-12 m/s olacağı, arabir 23-28 m/s-dək güclənəcəyi, Kür vadisi rayonlarında arabir 33-38 m/s-dək şiddətlənəcəyi gözlənilir. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-3 dərəcə şaxta təşkil edəcək.

Yanvarın 17-dən 18-i gündüzədək havanın kəskin dəyişəcəyi, arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Şimal-qərb küləyi bəzi rayonlarda arabir 23-28 m/s-dək güclənəcəyi, Kür Vadisi rayonlarında arabir 33-38 m/s-dək şiddətlənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlə müqayisədə 10 dərəcə aşağı enəcək, havanın minimal temperaturu dağlıq rayonlarda 5-10, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, Aran rayonlarında 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.

Xəbərlər     Baxılıb: 1750   Tarix: 17 yanvar 2019
f Paylaş

Oxşar xəbərlər

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

qadin sayti toy gecesi donlar 2026 doğuşa hazırlıq geyimler sərxan kərəmoğlu sirniyyatlar kosmetika zencefil qogal hakışda veten tapmacalar