Bu il Rusiya şou-biznesində baş tutan ən bahalı toylar açıqlandı - SİYAHI
2024-cü il Rusya şou-biznesində bir çox dəbdəbəli toy şənlikləri ilə yadda qalıb.
azxeber.com Rusiya mətbuatına istinadən xəbər verir ki, ekspertlər bu il baş tutan ən parlaq toy məclislərinin qiymətini açıqlayıb.
Əsasən şəxsi həyatı ilə bağlı zarafatları ilə məşhurlaşan stend-up ulduzu Viktoriya Skladçikovanın toydan sonrakı tətili ona cəmi 140 min rubla başa gəlib. Sadə toy şənliyinə üstünlük verən ulduzun "Bal ayı" daha göstərişli olub. Yeni evli cütlük toyun ertəsi günü Dubaya uçub.
Futolçu Pavel Poqrebnyakdan üç oğlu olan bloger Mariya Poqrebnyak (Şatalova) ötən il 17 illik ailə həyatına son qoyaraq həyat yoldaşı ilə yollarını ayırmışdı. O, 2024-cü ildə İqor Qolovinski ilə ailə qurub və dördüncü övladını qucağına alıb. O, toydan sonra uzun müddət həyat yoldaşı ilə birlikdə istirahətə yollanıb. Ekspertlər onun etdiyi paylaşımları dəyərləndirərkən aktrisanın geyiminə xərclədiyi pula qənaət etmədiyini, əynindəki donun 300 min rubl, çantasının isə 200 min rubl olduğunu bildiriblər.
Komediya aktyoru Qarik Xarlamov və Katerina Kovalçuk bu il ən səs-küylü və bahalı toy edən məşhurlardır. Onların özəl günü gizli baş tutsa da Rusiya mətbuatı toydan bəzi kadrların yayımlanmasına nail ola bilmişdi. Toyu, aparıcılıq qiyməti 5 milyon rubl olan aktyor Sergey Burunov idarə edərkən, gecədə çıxışının dəyəri 2 milyon rubl olan Soso Pavliaşvili səhnə almışdı. Onların dostluq münasibətləri olduğundan həmin gecə müğənniyə ödənilən qonorarın məbləği isə açıqlanmayıb. Toyun keçirildiyi məkan olan "Agalarov Estate"ə isə cütlük pul ödəməyib. Məkan, Emin Ağalarov tərəfindən onlara hədiyyə edilib. Buna baxmayaraq onlar dekorasiya və ümumi xərclər üçün 2,5 milyon rubl ödəməli olublar.
Aysel









Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri