Bu məhsullar kişilərdə infarkt riskini azaldır
Pendir və qatıq qəbulu 42-60 yaşlı kişiləri infarktdan qoruya bilər.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Böyük Britaniyanın "Gloucestershire Live (GL)" nəşri ürək xəstəlikləri riskini azaldan məhsullar barədə yazı dərc edib.
Nəşrin məlumatına görə, tədqiqatçılar müəyyən ediblər ki, ən azı 20 il ərzində müntəzəm olaraq çoxlu fermentləşdirilmiş süd məhsulları (pendir, yoğurt, kəsmik, kefir) yeyən kişilərdə ürəyin işemik xəstəliyi riski bu qidaları qəbul etməyən kişilərə nisbətən daha azdır. Eyni zamanda, rasionunda adi süddən çox istifadə edən kişilər yüksək dərəcədə ürək problemləri riski altındadırlar.
Eyni zamanda, qeyd olunub ki, sağlamlıq və fermentləşdirilmiş qidaların qəbulu arasında əlaqəni təmin edən mexanizm hələ tam şəkildə tədqiq olunmayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi