Bu məhsulları soyuducuda saxlamaq olmaz
Mütəxəssislər bəzi məhsulların soyuducuda saxlanmasının onların dadını, quruluşunu və qida dəyərini mənfi təsirə məruz qoyduğunu bildirirlər.
Milli.Az bildirir ki, pomidor soyuducuda saxlanıldıqda dadını itirir və tez yumşalır. Kartof soyuq mühitdə nişastasını şəkərə çevirərək dadını dəyişdirir. Soğan isə rütubətli mühitdə tez yumşalır və kiflənir. Çörəyin soyuducuda saxlanması da onun tez qurumasına səbəb olur.
Bundan başqa, banan, avokado və tropik meyvələr soyuqda tez qaralır və yetişmə prosesi dayanır. Zeytun yağı və bal isə aşağı temperaturda bərkiyir və keyfiyyətini itirir.
Qeyd edək ki, mütəxəssislər bu məhsulların otaq temperaturunda, günəş işığından uzaq və havadar şəraitdə saxlanmasını tövsiyə edirlər.
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Evdə stress yaradan 5 şey
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO