Bu məhsullarla çay içmək olmaz
Sağlamlığınıza zərər verməmək üçün bir sıra qidaları çayla içməməyiniz məsləhətdir.
Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə dietoloqlar xəbərdarlıq ediblər .
Mütəxəssislər ən əsas şəkəri də "qara siyahı"ya daxil ediblər. Həkimlərin fikrincə, müntəzəm olaraq şirin çay içsəniz, maddələr mübadiləsini yavaşlada və diabetin inkişafına səbəb ola bilər. Bundan əlavə, çaya bal əlavə etməməlisiniz. Bu məhsulu ümumiyyətlə, istiliklə qarışdırmamaq daha yaxşıdır. Çünki 60 dərəcədən yuxarı qızdırılanda bal kanserogenə çevrilir.
Limonlu çaydan da çəkinməlisiniz. Bu içki zərərsizdir. Ancaq onun heç bir faydası da yoxdur. Çünki isti çay sitrus meyvələrindəki bütün vitaminləri öldürür. Dietoloqlar həmçinin hesab edirlər ki, süd çaya əlavə edilməməlidir. Bu proses çayın tərkibindəki antioksidantların udulmasını pozur.
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi