Bu məşhur aktyor itlərin qəbristanlığında dəfn olunacaq

Bu məşhur aktyor itlərin qəbristanlığında dəfn olunacaqDünya şöhrətli aktyor Alen Delon itlər qəbristanlığında dəfn olunmağı vəsiyyət edib.

Xanim.az Publika.az a istinadən xəbər verir ki, artıq neçə ildir ki, filmlərdə rol almayan 82 yaşlı Alen Delon İsveçrədə, öz malikanəsində sakit pensiyaçı həyatı yaşayır. Aktyor fəaliyyətinin 60 illiyi münasibəti ilə "Paris Match" jurnalına verdiyi müsahibədə etiraf edib ki, müasir dünyada gedən proseslər onu məyus edir və o, bu dünyanı təəssüf etmədən tərk edəcək.

"Bu gün hamı saxtadır, hər kəsi yalnız pul maraqlandırır. Heç kim verdiyi vədləri yerinə yetirmir, hər gün yeni cinayətlər haqqında onlarla xəbərlər yazılır. Odur ki, bu dünyanı təəssüf hissi olmadan tərk edəcəyəm", - deyə aktyor bildirib.

Delonun sözlərinə görə, onun ən sadiq dostu ikiyaşlı itidir, o, iti ilə eyni gündə dəfn edilməyi arzuladığını gizlətməyib. Onunla malikanədə səkkiz it, dovşan və bir pəncəsi olmayan pişik yaşayır.

Yeri gəlmişkən, pişiyi heyvanlara böyük məhəbbət bəsləyən aktyor xilas edib. O, ölmək üzrə olan pişiyi baytara aparmaq üçün xüsusi vertolyot çağırtdırıb. Pişiyin pəncəsini xilas etmək mümkün olmayıb, əvəzində həmin pişik indi İsanın qoltuğunda, daha doğrusu Delonun malikanəsində yaşayır.

Bu məşhur aktyor itlərin qəbristanlığında dəfn olunacaqAktyor həmçinin bədbəxt hadisə nəticəsində bütün pəncələrini itirən dovşana qulluq edir. Amma ən əsas diqqətəlayiq məqam Alen Delonun vaxtı ilə onunla yaşayan itlərə xüsusi qəbiristanlıq ayırmasıdır. Qırx beş itin məzarının yer aldığı qəbiristanlıqda bu heyvanlar üçün heykəl də qoyulub. Malikanə sahibinin özü də məhz bu qəbiristanlıqda dəfn edilə bilər. Bu, onun öz vəsiyyətidir.

"İtlərlə böyümüşəm, həyatımın böyük hissəsi onlarla birlikdə keçib. İlk itimin adı Qala idi. Bir dəfə mən onun üstünə qışqırdım, hətta vurdum. O, oturub gözlərimin içinə baxaraq insan kimi ağlamağa başladı. O vaxtdan bəri hər şeyi başa düşdüm, indi itlərim çox xoşbəxtdir. Çünki onlara həmişə icazə verirəm ki, yaramazlıq etsin", - deyə Alen etiraf edib.

Bu məşhur aktyor itlərin qəbristanlığında dəfn olunacaqYeri gəlmişkən, insanların qəddarlığından və zülmündən əziyyət çəkən heyvanların vəkili olması təklifi ilə ilk dəfə Alen Delon çıxış edib. O, bu problemi Mambo ləqəbli itin 2009-cu ilin avqustunda iki oğlan tərəfindən işgəncələrə məruz qalması nəticəsində qaldırıb. Buna baxmayaraq, sadəlövh it ehtiyatla onlara yaxınlaşaraq ayaqlarını sığallamağa başlayıb...

Aktyor hadisə ilə bağlı məhkəmə prosesində fikrilərini belə ifa etmişdi:

Bu məşhur aktyor itlərin qəbristanlığında dəfn olunacaq"Təsəvvür edin ki, zalımlar əylənmək üçün onun üstünə benzin tökərək yandırıb. Mən onu qətlə yetirənləri düşünmədən öldürərədim. Hətta heyvanlar da bir-birinə əyləncə üçün deyil, yalnız yemək üstündə hücum edir".

Heyvanların xüsusi vəkillər olmalıdır şüarını hər dəfə dilə gətirən Alen müsahibəsində yeni təşəbbüslə çıxış edib. Aktyorun dərin qənaətinə əsasən əgər quldur və qatillər müdafiəçinin pulsuz xidmətlərindən istifadə edə bilirsə, niyə də özünü müdafiə etmək gücündə olmayan heyvanların hüquqlarını qoruyan vəkil olmasın?

Aktyorun itlərlə fotolarını təqdim edirik:
Bu məşhur aktyor itlərin qəbristanlığında dəfn olunacaqBu məşhur aktyor itlərin qəbristanlığında dəfn olunacaq

Xəbərlər     Baxılıb: 1685   Tarix: 11 dekabr 2018
f Paylaş

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

turlar.az

yay kolleksiyasi gozel gorunmek həkim məsləhəti körpə və ona qulluq biserli uzun donlar süni qidalar klyos donlar 2026 kosmetika vətənə aid bayatılar kahfe fali oglan evi burcler xanim.az