Bu meyvələrdən uzaq durun – Qorxunc xəstəliklərə səbəb olur

Bu meyvələrdən uzaq durun – Qorxunc xəstəliklərə səbəb olurAlmanı hər zaman sağlamlıq rəmzi hesab etmişik, lakin Avropadan gələn son hesabat bu təsəvvürləri alt-üst edir. "PAN Europe" təşkilatının 2025-ci ilin sonunda apardığı araşdırma göstərir ki, marketlərdə satılan almaların içində bir yox, eyni anda bir neçə zəhərli kimyəvi maddə - "pestisid kokteyli" gizlənib. Araşdırmaya görə, həmin almaların 80%-i toksikdir.
Azərbaycan bazarı üçün bu, olduqca ciddi siqnaldır.
Çünki ölkəmiz həm yerli istehsalı dəstəkləyir, həm də xüsusilə qış və bahar aylarında xaricdən böyük həcmdə alma idxal edir.
Hesabatın ən sarsıdıçı hissəsi uşaq qidaları ilə bağlıdır. Əgər bu almalardan püre və ya şirə hazırlansaydı, onların çoxu qanunsuz elan edilərdi.
Almaların 36%-də beyin hüceyrələrini zədələyən maddələr tapılıb. Nümunələrin 61%-də xərçəng yarada bilən göbələk əleyhinə maddələr aşkar edilib. Tapılan maddələrin bir çoxu ana bətnindəki dölün beyin inkişafını ləngidir.
Avropa ölkələrindən gələn parlaq, uzun müddət xarab olmayan almalar çox vaxt ildə 30 dəfəyə qədər kimyəvi işlənməyə məruz qalır.
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyir ki, xaricdən gətirilən digər meyvələr kimi parlaq formada olan almalarda kimyəvi birləşmə qalıqları daha çoxdur:
"Bu almalarda pesdisid riski çox yüksəkdir. Çünki onların yetişdirilməsi zamanı zərərvericilərdən, xəstəliklərdən qorumaq üçün müxtəlif pesdisidlərdən istifadə olunur. Həmin pesdisidlər becərmə dövründə müəyyən miqdarda meyvələrin tərkibinə keçir. Təbii ki, belə meyvələri qəbul edən insanların da orqanizmində pesdisidlərin miqdarı yüksək olur.
Bəzi meyvələrin üzərində parafin və mum örtüyü olur.
Bu örtük meyvələri daha uzunömürlü edir. Daşınma və saxlanma zamanı meyvənin parlaqlığını saxlayır. Nəzərə alaq ki, meyvəni uzun müddət saxlamaq üçün onu kal olanda dərirlər və tez yetişməməsi üçün mum, parafin örtüyündən istifadə edilir. Bu örtük həm də meyvənin tez yetişməsini sürətləndirən etilen qazının miqdarını azaldır. Nəticədə yetişmə prosesi uzanır".
Müsahibimiz hesab edir ki, istifadə olunan bu kimyəvi qatqılar insan sağlamlığına ciddi zərər verir:
"Bu cür meyvələr sinir sisteminə mənfi təsir göstərir. Xüsusilə də, 20-25 yaş arasındakı insanlarda fizioloji inkişafa neqativ təsir edir. Hormonal pozğunluğa səbəb olur. Parlaq meyvələrdən davamlı istifadə hüceyrələri zədələyir. Bu da xərçəng riskini artırır. Kimyəvi maddələrə yoluxmuş meyvələr allergiyaya, mədə ağrılarına və bağırsaqların funksiyasının pozulmasına səbəb olur".
Məhsəti Hüseynova bu cür xoşagəlməz hadisələrdən sığortalanmaq üçün bəzi məsələlərə diqqət edilməsini vacib sayır:
"İlk növbədə yerli və mövsümi meyvələrdən istifadə olunmaldır. Parlaq meyvələri sürtərək, ən azı 30-60 saniyə ilıq suda yumaq lazımdır. Eyni zamanda meyvələrin qabığını soyaraq yemək ən effektiv vasitələrdən biridir. Çünki pesdisidlərin çox hissəsi qabıqda qalır".
Milli.Az 

Xəbərlər     Baxılıb: 1029   Tarix: 10 mart 2026
f Paylaş

Oxşar xəbərlər

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

turlar.az

yemek reseptleri hamiləlik donlar 2026 qargidali yaginin faydalari asiq zulfiyenin oglunun toyu dəridə ləklər valideyn haqqinda kosmetika novruza aid hakışta seksler tərəzi oğlaq