Bu meyvənin şirəsi qərarlarımıza təsir edirmiş

Bu meyvənin şirəsi qərarlarımıza təsir edirmişBeynəlxalq tədqiqatçı qrupu müəyyən edib ki, qara qarağat şirəsi həm istirahət halında, həm də zehni gərginlik zamanı beynin ön loblarına qan axınını artırır.
Milli.Az xəbər verir ki, bunu Beynəlxalq tədqiqatçı qrupları müəyyənləşdirib və nəticələr Nutritional Neuroscience (NN) jurnalında dərc olunub.
Eksperiment 18-35 yaş arası 20 sağlam gənc üzərində aparılıb. İştirakçılardan biri laboratoriyaya gəldikdə poliifenollarla zəngin qara qarağat şirəsi, digərində isə aktiv maddəsi olmayan, dad və rəngcə eyni plasebo (effekti olmayan saxta dərman və ya içki) qəbul edib. Sonra tədqiqatçılar yaxın infraqırmızı spektroskopiya üsulu ilə beyin qan dövranının və oksigen səviyyəsinin dəyişməsini izləyiblər.
Nəticələr göstərib ki, şirə içdikdən 35 dəqiqə sonra sol ön lobda oksigenli hemoglobin artıb, deoksigenli hemoglobin isə azalıb. Bu, beynin daha yaxşı qan və oksigen aldığını və damarların daha səmərəli işlədiyini göstərir. Ümumilikdə həmin sahəyə gələn qan miqdarı da bir qədər artıb.
Tədqiqat rəhbəri Dr. Entoni Uotson, "Biz sol prefrontal korteksdə açıq artım müşahidə etdik, bu sahə diqqət və qərarvermə ilə əlaqədardır. Bu, iş yaddaşı proseslərinə sol hissənin daha aktiv şəkildə qatıldığını təsdiqləyir," - deyib.
Qara qarağat polifenollarla, xüsusilə antosiyaninlərlə zəngindir. Alimlər hesab edirlər ki, bu birləşmələr damarları genişləndirən azot oksidi istehsalını artırır və həmçinin dopamin və serotonin səviyyələrinə təsir edərək beynin qan dövranını tənzimləyir.
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 1202   Tarix: 12 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

kosmetoloq yay kolleksiyasi toy makiyajlari pol breqq qadın sağlamlığı asan ariqlamagin yollari ideal toy kosmetika burclər sirin qogal bayatılar novruza aid hakışda azerbaycanli is adami amerikada gullelendi