"Bu orqanlarda xərçəng səssiz inkişaf edir"
Bəzi orqanlarda xərçəng səssiz inkişaf edir.
Milli.Az bildirir ki, bu barədə onkoloq Yevgeni Çeremuşkin xəbərdarlıq edib.
O, bəzi orqanlarda şişlərin simptomsuz və uzun müddət gizli inkişaf etdiyini bildirib. O deyib ki, dəri üzərində yaranan yaralar və düyünlər asanlıqla görünə bilir, lakin qaraciyər, mədəaltı vəzi və böyrək kimi dərin orqanlarda xərçəng pasiyent tərəfindən uzun müddət hiss olunmaya bilər.
Çeremuşkin əlavə edib ki, bu hal beyin şişlərinə də aiddir - ilkin mərhələlərdə heç bir əlamət görünməyə bilər. Vaxtında diaqnoz qoyulması üçün o, hər kəsə mütəmadi tibbi müayinələrdən keçməyi, sidik və qan analizləri verməyi, USM, MRT müayinələri etdirməyi tövsiyə edib. Onun sözlərinə görə xəstəlik tarixçəsinin dəqiq aparılması və mümkün risklərin izlənməsi vacibdir. Onkoloq nümunə olaraq ağciyər xərçəngi riski yüksək olan şaxtaçıları göstərib.
Çeremuşkin bundan əvvəl də yay istirahətinin xərçəng riskini artırdığı barədə xəbərdarlıq etmişdi. Onun sözlərinə görə, günəş şüalarının yayda daha intensiv olması, həmçinin uzunmüddətli günəşə məruz qalmaq immun sistemini zəiflədir, səyahətlər və saat qurşağının dəyişməsi isə bu yükü daha da artırır.
Milli.Az









Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Evdə stress yaradan 5 şey
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi