Bu qadınlarda uşağın ölü doğulması riski yüksəkdir

Bu qadınlarda uşağın ölü doğulması riski yüksəkdirYeniyetmələrdə hamiləlik zamanı fəsadların baş vermə riski arta bilər. Özbaşına düşük, vaxtından əvvəl doğuş və uşağın ölü doğulması ehtimalı yeniyetmə yaşlarında hamilə olan qadınlarda bir qədər yüksəkdir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin həkim-metodisti Afət Məmmədova açıqlayıb.
Onun sözlərinə görə, doğuş zamanı da problemlərlə rastlaşmaq ehtimalı var. "Çünki yeniyetmələrdə çanağın fiziki yetişkənliyi başa çatmadığı üçün obstruktiv doğuş, yəni doğuş sancıları olsa da, dölün irəliləyişi müşahidə edilmir. Ləng doğuş, qanaxma kimi fəsadlara da bu yaşda daha tez-tez rast gəlinə bilər", - deyə o qeyd edib.
A.Məmmədova bildirib ki, yeniyetmələrdə doğuşdan sonrakı depressiya halları da tez-tez müşahidə olunur.
"Yeniyetmə və erkən yaşlarda hamiləlik zamanı qan təzyiqinin qalxması (hipertoniya), qan azlığı (anemiya) kimi vəziyyətlərin baş vermə ehtimalı yüksəkdir. O cümlədən, hamiləlik zamanı müşahidə olunan preeklampsiya patalogiyasına da yeniyetmə yaşlarında baş verən hamiləlikdə rast gəlmə ehtimalı var. Preeklampsiya - hamiləliyin II trimestrində qan təzyiqinin qalxması və sidiklə zülalın itirilməsi (proteinuriya) ilə müşayiət olunan vəziyyətdir. Bəzən ana və körpənin sağlamlığı və həyatı üçün təhlükə yarada bilər", - deyə o əlavə edib.
Milli.Az

Xəbərlər     Baxılıb: 1763   Tarix: 15 may 2024
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

maskalar qadin sayti sac duzumleri intim məktəb is qurmagin yollari qadın parfumeriya kabab reseptləri kosmetika veten seirleri sağlamlıq novruz bayramina aid hakista sevgi gülməli hakıştalar