Bu qarışımı içsəniz, qışda heç xəstələnməyəcəksiniz

Bu qarışımı içsəniz, qışda heç xəstələnməyəcəksinizQış aylarında H3N2 qripi, Covid-19, RSV və rinovirus kimi infeksiyaların yayılması sürətlənib. Mütəxəssislər xəstəlik zamanı düzgün qidalanmanın immunitetin qorunmasında mühüm rol oynadığını bildirirlər.
Milli.Az xəbər verir ki, The Telegraph qəzeti Böyük Britaniyada tanınmış beş mütəxəssisdən xəstələndikləri zaman hansı qidaları seçdiklərini soruşub. Cavablar göstərir ki, onların üstünlük verdiyi əsas qidalar sadə, isti və orqanizmi dəstəkləyən məhsullardır.
Qidalanma araşdırmaları üzrə mütəxəssis Dr. İdris Muğa "super qida" anlayışına inanmadığını bildirərək əsas seçiminin toyuqlu qarğıdalı şorbası olduğunu deyib. Onun sözlərinə görə, bu yemək həm enerji verir, həm də maye balansını qoruyur. Boğaz ağrısı zamanı bal qatılmış ilıq nanə çayı içən mütəxəssis, mədə zəiflədikdə isə yüngül dənli gevrek və qaynadılmış yumurtaya üstünlük verir.
Təqaüddə olan döş xərçəngi cərrahı Dr. Liz ORiordan xəstələndiyi zaman isti meyvə şirələri və hazır smuzilər qəbul etdiyini bildirib. O, C vitamini mənbəyi kimi portağal və alma yediyini, bağırsaq sağlamlığı üçün isə evdə hazırladığı turş mayalı çörəyi seçdiyini qeyd edib. Həkimin fikrincə, rahatladıcı yeməklər sağalma prosesinə müsbət təsir göstərir.
Qastroenteroloq Dr. Alan Desmond immunitet sisteminin təxminən 70 faizinin bağırsaqlarla əlaqəli olduğunu xatırladıb. O, tərəvəz suyu ilə bişirilmiş mərcimək və kök şorbalarını, həmçinin zəncəfil, zərdəçal və qara bibər kimi ədviyyatları tövsiyə edir. Desmond hesab edir ki, toyuq şorbasının faydası əsasən tərkibindəki tərəvəz və ədviyyatlardan qaynaqlanır.
Ailə həkimi Dr. Filippa Key xəstəlik zamanı vəziyyətinə uyğun olaraq aşağı lifli qidalar - ağ çörək, ağ düyü və alma püresi yediyini deyib. O, limonlu və ballı içkilərin həm enerji verdiyini, həm də psixoloji rahatlıq yaratdığını vurğulayıb.
İmmunologiya üzrə mütəxəssis Dr. Jenna Maçoki qış aylarında müxtəlif şorbalara üstünlük verdiyini bildirib. Onun sözlərinə görə, soğan, sarımsaq, kök və otlarla hazırlanmış ev üsulu toyuq suyu, eləcə də mürver şərbəti immunitet üçün faydalıdır. Mürverin C vitamini və flavonoidlərlə zəngin olduğu, soyuqdəyməyə qarşı təsir göstərdiyi qeyd olunur.
Mütəxəssislər yekdilliklə bildirirlər ki, qış mövsümündə isti şorbalar, təbii içkilər və bağırsaq dostu qidalar immuniteti gücləndirir və xəstələnmə riskini azaldır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1165   Tarix: 16 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

geyim necə seçməli geyim seçimi yay kolleksiyasi gənc ailə yuxa tortu toy ucun qisa donlar gəlin qaynana kosmetika vətən haqqında atalar sözləri balıq oğlan evine aid hakisda sekisler efsane