Bu qidalar bağırsaq xərçənginin düşmənidir
Britaniyalı həkim bağırsaq xərçənginə qarşı qoruyucu məhsulları açıqlayıb.
Milli.Az xəbər verir ki, Britaniyalı cərrah Karan Radjan bağırsaq xərçənginin riskini 17 faiz azaldan əlçatan qida məhsullarını açıqlayıb.
Onun sözlərinə görə bu riskin azaldılması üçün gündəlik rasiona süd məhsulları, çia toxumu, yarpaqlı göyərti və digər kalsium mənbələri daxil edilməlidir.
Həkim izah edib ki, kalsium təkcə sümükləri qorumur, həm də bağırsaq sağlamlığını dəstəkləyir. O, öd turşuları ilə birləşərək bağırsaq selikli qişasını zədələnmədən qoruyur və bağırsağın keçiriciliyini azaldır.
Radjan vurğulayıb ki, bu təsir yaşdan, cinsdən, genetikanın xüsusiyyətindən, fiziki aktivlikdən və siqaret çəkməkdən asılı deyil. Kalsiumun faydalı miqdarı gündə təxminən 300 milliqramdır ki, bu da bir stəkan süd, 170 qram qatıq, bir fincan göyərti və ya iki xörək qaşığı çia toxumunda mövcuddur.
"Kalsium əlavələri də bağırsaq xərçənginin qarşısını müəyyən dərəcədə alır, amma bu təsir yalnız 9 faiz təşkil edir", - deyən həkim təbii məhsulları üstün tutmağı tövsiyə edib.
İsmayıl
Milli.Az









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Müğənni həbsxanaya göndərildi
Bu dəfə serial ulduzu olacaq
25 il sonra yenidən "Mumiya"da - Foto
Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü
Avtomobil sürənlər üçün vacib xəbərdarlıq
Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir
Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı