Bu qidaları mikrodalğalı sobada qızdırmaq - Bədənə zəhər yeritməyə bərabərdir

Bu qidaları mikrodalğalı sobada qızdırmaq - Bədənə zəhər yeritməyə bərabərdirMikrodalğalı soba mətbəxdə insanların işini asanlaşdıran ən lazmlı məişət avadanlıqlarındandır. Lakin ondan düzgün istifadə edilmədikdə sağlamlıqla bağlı bir sıra problemlərə gətirib çıxara bilər.
Milli.Az xəbər verir ki, bəzi ərzaqlar mikrodalğalı sobada qızdırıldıqda öz faydalı xüsusiyyətlətini itirərək hətta orqanizm üçün təhlükəyə çevrilir.
Donmuş ət
Ətin buzunu mikrodalğalı sobada tez əritmək mümkündür. Amma bunu etmək məsləhət deyil. Bir qayda olaraq ət yalnız kənarlardan qızır, amma ətin içi yenə də buzlu qalır. Bundan əlavə, ətin qeyri-bərabər qızması onda bakteriyaların çoxalmasına səbəb olur ki, bu cür ərzaqdan istifadə etmək təhlükəli ola bilər. Ətin buzunun əridilməsinin ən yaxşı yolu onu soyuducunun aşağı hissəsində bir müddət saxlamaqdır.
Yumurta yumurtalı qidalar
Yumurtanı mikrodalğalı sobada qabıqlı halda qətiyyən bişirməyin! Sobanın içində istilik qəfil artdığı üçün yumurtanın qabığının altında güclü təzyiq yaranır və yumurta partlayır. Əvvəlcədən bişmiş yumurtanı da mikrodalğalı sobada qızdırmaq məsləhət deyil. Çünki onun tərkibində olan zülallar qızarkən xüsusiyyətlərini dəyişərək sağlamlıq üçün ciddi təhlükə yaradırlar. Bura yumurtalı yeməklər də daxildir.
İspanaq və digər göyərtilər
Qızdıran zaman yaşıl göyərtilər və ispanaq göz önündə sanki quruyur və öz faydalı xüsusiyyətlərini itirirlər. Bundan əlavə onların tərkibində olan nitratlar istinin təsiri ilə zəhərli maddəyə çevrilərək insanı zəhərləyə bilər.
Meyvə və giləmeyvələr
Meyvə və giləmeyvələr hətta dondurulduqda belə öz faydalı xüsusiyyətlərini saxlayırlar. Amma əgər siz bu ərzaqları dondurucudan çıxararaq mikrodalğalı sobada əritsəniz, o zaman onların tərkibində olan bütün minerallar və vitaminlər məhv olacaq. Hətta bu maddələr şüaların təsiri ilə konseragen maddələrə də çevrilir. Bundan əlavə, bəzi şirəli meyvə və giləmeyvələrin tərkibində çox maye olduğu üçün qızdıran zaman partlaya da bilərlər.
Toyuq
Toyuğun tərkibində qırmızı ətdən çox zülal var. Yaxşı olardı ki, artıq qalmış toruq yeməyini qızdırmadan istifadə edəsiniz. Səbəbi isə toyuğun mikrodalğalı sobada qızarkən tərkibindəki zülalların quruluşunun dəyişməsi və sağlamlığa ciddi zərərlər verməsidir. Əgər toyuğu qızdırmalısınızsa, o zaman ən aşağı temperaturda və uzun müddətə edin.
Göbələk
Göbələk də toyuq kimi zülal mənbəyidir. Faydalı xüsusiyyətlərinə baxmayaraq göbələyi də qızdırdıqda hətta sağlam insanın həzm sistemində problemlər yarada bilər. Bu məhsulu hazırlanan kimi isti halda yemək məsləhətdir. Əgər göbələk səhəri günə qalarsa, o zaman onu ya soyuq halda, ya da qazın üzərində qızdıraraq yeyə bilərsiniz.
Süd məhsulları
Süd məhsullarının tərkibində həzm üçün faydalı bifido və laktobakteriyalar mövcuddur. Qızdırıldıqda onlar məhv olur, məhsul dadını və keyfiyyətini itirir. Buna görə də süd məhsullarını otaq temperaturunda istifadə etmək lazımdır.
Bal
Bal soyuducuda qaldıqda kristallaşır, yapışqan və bərk olur. Bu, balın təbii olduğundan xəbər verir. Onu əvvəlki halına gətirmək üçün bir çoxları mikrodalğalı sobadan istifadə edir. Amma bunu etmək lazım deyil, çünki belə olduqda balın tərkibində olan bütün faydalı xüsusiyyətlər itir. Yaxşı olardı ki, balı təbii halda və ya su hamamında 40 dərəcədən çox qızdırmadan qəbul edəsiniz.
Gördüyünüz kimi, əksər qidaları mikrodalğaılı sobada qızdırmaq olmaz. Hesab ediirk ki, əgər bu sobasız keçinə bilərsizsə, ümumiyyətlə, mətbəxinizdə bu cihaz olmasa yaxşıdır. /medicina.az
Milli.Az

Xəbərlər     Baxılıb: 1499   Tarix: 04 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

sade makiyaj sekilleri makiyaj etmek qaydalari qis geyimləri 2026 debli cantalar 2026 psixoliji məsləhətlər berguzar korel qadin dunyasi 2026 kosmetika oglan evi burclerin uygunlugu yuxuda qara ilan gormek vətənə aid bayatı tərəzi bürcü