Bu rejim orqanları cavanlaşdırır, immuniteti möhkəmlədir - Loğman MƏSLƏHƏTİ

Bu rejim orqanları cavanlaşdırır, immuniteti möhkəmlədir - Loğman MƏSLƏHƏTİÇox adam elə bilir ki, yaşlı adamların çəkisinin artması və immun sisteminin zəifləməsi qanunauyğun haldır, elə belə də olmalıdır. Əslində isə, bu hal insanlar tərəfindən balans (mədaxil-məxaric) qanunun pozulması ilə bağlıdır.
Milli.Az medicina.az-a istinadən Azərbaycanın məşhur loğmanı, xalq təbabət ilə müalicə kitablarının müəllifi, yazıçı jurnalist Ərşad Əzimzadənin karantin və pandemiya dövründə sağlamlığı və immuniteti gücləndirmək üçün sınanmış, maraqlı gündəlik rejiim məsləhətlərini təqdim edir.
"Bir məqama fikir verin: dünən idmanla məşğul olan gənc yüksək kalorili qida qəbul edirdi (enerji mədaxili), onu ağır məşqlərdə, yarışlarda itirirdi (məxaric). O, idmanı atandan sonra da eyni kalorini (bəziləri daha çox) alır. Lakin indi daxil olan enerji qədər enerji itirmir. Artıq enerji mənbəyi (qida) yanıb bədəndən çıxmır, daxili orqanlar üçün artıq yükə çevrilir, onları bir-bir sıradan çıxarır, müxtəlif xəstəliklərin törədir.
Eyni hadisə ağır fiziki işləri tərgidən adamların həyatında da baş verir, yəni, mədaxil-məxaric qanunu pozulur.
İdmanı tərgidən cavanlara və yaşlı adamlara bunları məsləhət görürəm:
1. Saat 22-də yatıb, 6-da durun.
2. 1 yekə fincan suya 1 çay qaşığı bal, 2 çay qaşığı alma sirkəsi qatıb, ilıq şəkildə, qurtum-qurtum için.
3. Ya havaya çıxıb yorulana kimi iti addımlarla yeriyin (qaçmaq ziyandı), ya da ən faydalı hərəkətlərdən ibarət olan NİŞİ təmrinlərini yerinə yetirin (bax: "Möcüzəsiz möcüzə" - 5 kitabı).
4. Kontrast su vannası (bax: "Möcüzəsiz möcüzə" - 5 kitabı) qəbul edin, mümkün olmasa, sadəcə yaxalanın.
5. 1 yekə fincan itburnu və qaragilə dəmləməsinə (başqa otlardan dəmləmələr də olar) 1 çay qaşığı bal və 1 limonun şirəsini qatıb, qurtum-qurtum için.
6. Ya 1 növ meyvə, ya da 5-6 növ meyvənin püresini yeyin. Yalnız 1 saatdan sonra su və ya dəmləmə içmək olar.
7. Günorta 1 yekə qab tərəvəz salatı ilə ürəyiniz istəyən xörəyi doyunca, amma çörəksiz yeyin. 2 xörəyi eyni vaxtda yeyəndə hər ikisi çürüyür, şlaq şəkilində yığılıb bədəndə qalır və artıq ətə çevrilir, ağır xəstəliklər törədir. Çörəkdən əl çəkə bilməyənlər onu başqa vaxt tərəvəz salatı ilə yesin. Yalnız xörəkdən 2-3 saat sonra su və ya çay içmək olar.
8. Saat 19-da 1 yekə qab tərəvəz salatını şor, yaxud kəsmik, yaxud qatıq və 5-8 qozla (yaxud 10-15 fındıq, yaxud 10-15 badamla) yeyin.
9. Saat 22-də yatağa girin. Yuxudan qabaq açıq havada gəzmək çox faydalıdır.
Bu rejim daxili orqanları cavanlaşdırır, immun sistemini möhkəmlədir, hər cür xəstəliyin qabağına keçilməz sədd çəkir."
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1224   Tarix: 17 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

hamilelikde qidalanma yay geyimləri 2026 aksessuarlar pnevmoniya xesteliyi şalvar modelləri çanta ayaqqabı gül buketləri kosmetika qurd xəstəliklərinə qarşı mualicə pomidor naz mila novruz bayramina aid hakisdalar uzeyir hacibeyli