Bu rəng stresi 28% azaldır
Journal of Environmental Psychology jurnalında dərc olunan son tədqiqatın nəticələrinə əsasən, göy rəng - xüsusilə də onun soyuq tonlu çalarları - insanın intellektual fəaliyyət zamanı yaşadığı stresi təxminən 28% azaldır.
Milli.Az xəbər verir ki, nevrofizioloqların apardığı bu araşdırma göstərib ki, göy rəng diqqət və konsentrasiyanı artıran neyromediatorların ifrazını stimullaşdırır. Bununla yanaşı, Böyük Britaniyanın Kolumbiya Universitetində aparılan digər bir elmi araşdırma isə mavi rəngin insan beyninin yaradıcılığa cavabdeh olan alın nahiyələrini aktivləşdirdiyini sübut edib. Tədqiqat göstərib ki, göy çalarlı mühitdə işləyən insanlar 33% daha çox yaradıcı və innovativ ideyalar irəli sürürlər.
Mövzuyla bağlı maraqlı bir tarixi fakt da diqqət çəkir. Apple şirkətinin həmtəsisçisi Steve Jobs, ilk Mac kompüteri üzərində işlədiyi dövrdə ofisini göy rəngdə dizayn edib. O, bu rənglərin ona "gələcəyi daha aydın görməyə kömək etdiyini" demişdi.
Mütəxəssislər bildirir ki, göy rəngdən düzgün istifadə etmək vacibdir. Tamamilə bu rənglə dizayn edilmiş məkanlar uzun müddətli istifadədə psixoloji diskomfort yarada bilər. Ən effektiv yanaşma - fərqli göy aksentlərdən istifadə etməkdir.(saglamolun.az)
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Evdə stress yaradan 5 şey
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO