Bu saatlarda idman etmək piyləri daha tez ƏRİDİR - ARAŞDIRMA

Bu saatlarda idman etmək piyləri daha tez ƏRİDİR - ARAŞDIRMAGünün hansı saatlarında idman etməyinizdən asılı olmayaraq, bu, orqanizm üçün faydalıdır.
ABŞ-da keçirilmiş araşdırmanın nəticələri göstərir ki, zaman faktorunun faydalılıq əmsalı qadınlar və kişilər üçün fərqlidir.
Məlum olub ki, səhər idmanı qadınların orqanizmindəki piyləri əridir.  Kişilərdə isə əksinə, buna axşam saatlarındakı idmanla nail olmaq olur.
Araşdırmaçılar düşünürlər ki, kişilər və qadınlar arasındakı hormonal və bioloji saat fərqlərinin, o cümlədən  yuxu dövrlərinin də nəticələrə təsiri ola bilər.
12 həftəlik təcrübədə hamısı aktiv və sağlam olan 25-55 yaş arası 30 kişi və 26 qadın iştirak edib. Bu müddət ərzində onların orqanizminə gərmə, sprint, dözümlülük və güc məşqlərinin təsiri izlənilib və qeydə alınıb.
Təcrübə zamanı iştirakçılardan bir qrupu 07.30- 08:30, digər qrupu isə 18:00-19:00 aralığında məşq edib. Bütün iştirakçılar onlar üçün hazırlanmış pəhrizə riayət etdilər.
12 həftə boyu onların bədən elastikliyi, gücü, aerobik gücü; o cümlədən, bədən piyinin faizi və qan təzyiqi ölçülərək qeydə alınıb.
Hansı saatlarda idman etmələrindən asılı olmayaraq təcrübə müddətinin sonunda bütün iştirakçıların atletik qabiliyyəti və sağlamlığı əvvəlkinə nisbətən xeyli yaxşı olub.
Buna görə də araşdırmanın rəhbəri, Nyu-York ştatındakı Skidmore məktəbinin sağlamlıq və insan fiziologiyası üzrə professoru Paul Arcerio deyir ki, "İdman üçün ən yaxşı vaxt gündəlik rejiminizə uyğun olan vaxtdır".
Amma o bu vaxtın kişilər və qadınlar üçün fərqli ola biləcəyini göstərən məlumatlara da diqqət çəkir.
Arcerio deyir ki, bel-göbək bölgəsindəki piylərdən xilas olmaq və qan təzyiqini aşağı salmaq istəyən qadınlar səhər idmanına üstünlük verməlidirlər.
Bu, çox vacib məsələdir, çünki qarın nahiyəsindəki piy daxili orqanların, o cümlədən, qaraciyərin ətrafına toplanır və buna görə də təhlükəli hesab olunur.
Amma Arcerio bədənlərinin yuxarı hissəsindəki əzələləri bərkitmək, qidalanmalarını tənzimləmək və ovqatlarını yaxşılaşdırmaq istəyən qadınlara axşam idmanı tövsiyə edir.
İdmanın vaxtı təcrübədə iştirak edən kişilərin orqanizminə daha az təsir göstərib.
Araşdırmaçılar iştirakçılara adi göstəricilərə əsasən belə nəticəyə gəliblər ki, "Ürək sağlamlığını, maddələr mübadiləsini və ovqatı yaxşılaşdırmaq istəyən kişilər üçün ideal vaxt axşam saatlarıdır".
Maddələr mübadiləsinin yaxşılaşması piylənmə, 2-ci tip diabet, ürək xəstəlikləri və insult risklərini də azaldır.
Kişi və qadın orqanizmlərinin idmanın vaxtına niyə fərqli reaksiya verməsinin səbəbi tam aydın deyil. Araşdırmaçılar deyirlər ki, bu məsələni daha dərindən öyrənməyə ehtiyac var.
Milli.Az

Xəbərlər     Baxılıb: 967   Tarix: 17 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

yaz geyimleri 2026 makiyaj etmek qaydalari geyim şəkilləri sepsis xesteliyi 2026 geyim duxovkada toyuq qizartmasi çanta ayaqqabı kosmetika irem derici haxisdalar fitat qaynana hakista baldıza aid hakışta