Bu sadə vərdişlər uzun və sağlam yaşamağa kömək edəcək

Bu sadə vərdişlər uzun və sağlam yaşamağa kömək edəcəkUzun və sağlam yaşamağın sirləri illərdir araşdırılır. Zamanı geri qaytarmağın yolu olmasa da, qocalma prosesini yavaşlatmağa və ömrü uzatmağa kömək edən sadə vərdişlər mövcuddur. İnsan ömrü getdikcə uzandıqca bu dövrün sağlam şəkildə keçməsi böyük əhəmiyyət kəsb edir. Bəs uzun və sağlam həyat üçün nə etmək olar?
Milli.Az publika.az-a istinadən tibb üzrə tanınmış mütəxəssis Nirusa Kumaranın daha uzun və sağlam yaşamaq üçün beş sadə üsulun izahını təqdim edir. O bildirir ki, ömrü sağlam şəkildə uzatmağın müəyyən yolları mövcuddur.
Daha çox bitki və balıq istehlak edilməlidir. Daha az ət yeyilməli, daha çox bitki qəbul edilməlidir. Çünki nəticədə bu, ürək-damar xəstəlikləri riskini azaldır və bağırsaq sağlamlığını yaxşılaşdırır. Bunun səbəblərindən biri bitkilərin antioksidant və iltihab əleyhinə xüsusiyyətləri olan bir sıra polifenolları ehtiva etməsidir. Bitkilərdə təbii olaraq meydana gələn mikroelementlər olan polifenolların damarlarda və qan laxtalarında yağ lövhələrinin yığılmasından da qoruduğu düşünülür.
Daha çox idman etmək. İstər sürətli gəzinti, istər üzgüçülük, istərsə də tennis matçı olsun, hər kəs idmanın sağlamlıq üçün çox vacib olduğunu bilir. Formada qalmaq da uzunömürlülük üçün mühüm əhəmiyyət kəsb edir, çünki bu, sağlam qalmağa, maddələr mübadiləsini sürətləndirməyə və əzələ kütləsini artırmağa kömək edir. Həddindən artıq köklük ürək xəstəlikləri, ikinci tip şəkərli diabet və bəzi xərçəng növləri kimi bir sıra xroniki xəstəliklərin riskini artırır, daha çox çəki azlığı isə kiçik xəstəliklərin ciddiləşməsinə səbəb ola bilər.
Zərərli vərdişlərdən uzaq olmaq, xüsusilə də siqaret çəkməmək. İstənilən mərhələdə siqareti tərgitmək əhəmiyyətli sağlamlıq faydaları təmin edə və gözlənilən ömrü artıra bilər.
Sosial olmaq. Sağlam həyat sürmək təkcə idman zalına getmək və ya tərəvəz yeməkdən ibarət deyil. İnsanlar ilə ünsiyyətdə olmaq, onlarla münasibət qurmaq əhəmiyyətlidir. Sosiallaşma fiziki və zehni sağlamlıq üçün vacib elementlərdəndir.
Kifayət qədər yuxu almaq və stresi azaltmaq. Kifayət qədər yuxunu və stresi idarə etmək daha uzun yaşamaq üçün əhəmiyyətlidir. Çünki normal yuxu insan sağlamlığına faydalıdır. Tədqiqatlar dəfələrlə göstərir ki, kifayət qədər yuxu almayan insanlarda ürək xəstəliyi, diabet, piylənmə və depressiya riski daha yüksəkdir. Bundan əlavə, stres insanda bütün problemlərin mənbəyi hesab olunur və "səssiz qatil" rolunu oynayır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1091   Tarix: 25 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

adlarin menasi sac duzumleri toy makiyaji sekilleri zaur gunay gozlerin bezedilmesi 2026 payiz geyimleri hicab ortukleri kosmetika rus dili haqisda haxisda intim munasibetler novruza aid hakistalar