Bu şəxslərə burun əməliyyatı məsləhət görülmür

Bu şəxslərə burun əməliyyatı məsləhət görülmürSosial mediadan geniş istifadə ictimai gözəllik qavrayışlarını da müəyyən edir. Bu dəyişən qavrayışla rinoplastika başda olmaqla bir çox estetik əməliyyatlar erkən yaşda olunur.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Dr. Mert Ersan bu kimi prosseslərin mütəxəssislər tərəfindən edilməsinin vacibliyini vurğulayıb. 
Həkim bildirib ki, xüsusilə sosial mediada məşhurların paylaşdığı görüntülər, istifadə etdikləri filtrlər cəmiyyətdə gözəllik qavrayışını dəyişib:
"Çox sevdiyin məşhur bir şəxsi təqlid etməkdənsə, öz gözəlliyini dərk etmək daha önəmlidir. Hər kəsin üz quruluşu fərqlidir və estetik prosedurların fərdi şəkildə planlaşdırılması lazımdır. Xüsusilə də son 5-6 ildə estetik prosedurların artması səbəbindən bunun əksər insanlar tərəfindən gəlir mənbəyi olaraq görüldüyünü müşahidə edirik. Ancaq işinin peşəkarı olmayan şəxslərin həyata keçirdikləri prosedurlar bir çox fəsadlara səbəb ola bilər. İndiki vaxtda cərrahi olmayan dolğu, botoks kimi əməliyyatlar aparılır. Bu tip əməliyyatlar savadlı insanlar tərəfindən aparılmalıdır. Yəni o, dəriyə və dərialtı anatomiyasına yaxşı bələd olmalıdır. Bu həm bizim, həm də xalqın sağlamlığı üçün vacibdir".
Mert Ersanın sözlərinə görə, hazırda gənc qızlar estetik əməliyyatlara daha çox üz tuturlar. Burada da sosial medianın rolu böyükdür:
"Burun əməliyyatı erkən yaşlarda ən çox seçilən əməliyyatlardandır. Üzün oturuşması tamamlanmadan erkən yaşlarda ediləcək müdaxilələr üzün digər hissələrinin inkişafına zərər verə bilər. Bu, ola bilər, gələcəkdə bəzi funksional, fiziki və vizual problemlərə səbəb olsun. Ona görə də 18 yaşdan kiçik heç bir kəsə rinoplastika, yəni burun əməliyyatı etməyi məsləhət görmürük. Təəssüf ki bu gənclər həyatlarına belə davam edəcəklərini düşünürlər. Əməliyyatdan bir saat sonra daha gözəl burunları olacağını xəyal edirlər. Əlbəttə ki belə deyil. Buna görə də xəstə ilə düzgün ünsiyyət qurmaq və onun prosesi çox yaxşı başa düşdüyünə əmin olmaq lazımdır. Əməliyyatdan əvvəl və sonra nə etməsi lazımdır, onu hansı əməliyyat prosesi gözləyir, xəstənin psixologiyası bu əməliyyatı idarə edə biləcək səviyyədədirmi, əməliyyatdan sonra xəstə yeni burnu ilə yaşaya bilirmi? Bütün bunları danışmaq mütləqdir".
Milli.Az

Xəbərlər     Baxılıb: 1291   Tarix: 02 dekabr 2023
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

kosmetika mehsullari donlar 2026 reseptler halva reseptləri hakistalar kampotlarin hazirlanmasi prostat vəzi kosmetika novruz hakistalari novruz hakistasi oğlan evine aid hakisda qoğalın nağlı sekis